Noyabr ayının 2-sində Bona Dea Beynəlxalq Xəstəxanasında “Xolesistektomiya Zamanı Öd Yolu Zədələnmələri” mövzusunda simpozium keçirilib. 100-ə yaxın iştirakçının qatıldığı bu simpoziumda ümumi cərrahiyyənin əhəmiyyətli bir mövzusu məruzələr və müzakirələrlə birlikdə nəzərdən keçirilmişdir. Simpoziumda Bona Dea Beynəlxalq Xəstəxanasında və Azərbaycan’nın digər xəstəxanalarında çalışan həkimlər öd yollarının anatomiyası, variasiyaları, radiolojik dəyərləndirilməsi, öd yolları cərrahiyyəsi vs. mövzularda öz çıxışlarını təqdim ediblər. Simpoziumun rəhbəri Dr. Eldar Əhmədov tərəfindən bu simpoziumun keçirilməsindəki əsas məqsədin  bu mövzunu daha ətraflı bir şəkildə nəzərdən keçirmək, bu mövzuda həkimlərin qarşısına çıxa biləcək problemlərin araşdırılması və doğru bir şəkildə idarə edilməsi olduğu vurğulanmışdır.

WhatsApp chat