Beynəlxalq xəstələr
Siz Bona Dea International Hospitala ziyarət etmək üçün ölkəmizə xaricdən gələn xəstəsiniz?
Beynəlxalq Xəstə Xidmətləri
Beynəlxalq Xəstələr
Beynəlxalq Xəstə Xidmətləri Mərkəzi beynəlxalq xəstələr və ziyarətçilərə geniş əhatəli xidmətlər təklif edir. Bizim heyət sizin üçün konsultasiya, diaqnostik xidmətlər, faktura və siğorta, səyahət və yerləşmə hazırlıqlarını, eləcə də tərcümə xidmətlərini təşkil edir. Bizim komanda Bona Dea-nın dünya səviyyəli tibbi xidmətlərindən faydalanmağınız üçün sizə köməklik göstərəcək. Təcrübəli komandamız özünüzü mümkün qədər rahat hiss etməyiniz üçün sizin tibbi ehtiyaclarınızı, fərdi xüsusiyyətlərinizi, ünsiyyət qurduğunuz dili, mədəni və dini adətlərinizi nəzərə alaraq xidmət göstərəcək.
Heydər Əliyev Beynəlxalq Hava Limanında rahat biznes salonları
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Azərbaycanda fəaliyyət göstərən altı beynəlxalq hava limanından biridir. Burada istirahət edə, qəhvə içə, pulsuz Wi-Fi-dan istifadə edərək məlumat əldə edə biləcəyiniz rahat biznes salon xidmətləri mövcuddur.
DAHA ÇOX OXU
Hava limanından Bona Dea-ya ödənişsiz daşınma xidməti
Nümayəndəmiz hava limanında sizi qarşılayacaq və Bona Dea Beynəlxalq Hospitalına qədər bütün tibbi daşınmalarda sizi müşayiət edəcəkdir. Nəqliyyat vasitələri birbaşa əməkdaşlıq etdiyimiz otellərə və Bona Dea Beynəlxalq Hospitalına göndəriləcək.
DAHA ÇOX OXU
Xəstə otaqları
Xəstə otaqlarını layihələndirilməsi zamanı təhlükəsizlik, rahatlıq və səmərəliliyin təmin olunmasına xüsusi diqqət ayırmışıq. Xəstəxananın bütün yataq otaqlarının tikinti mərhələsi və avadanlıqların təchiz olunması JCI standartlarına uyğun olaraq həyata keçirilib.