Mərkəzi Sterilizasiya Şöbəsi

Home / Mərkəzi Sterilizasiya Şöbəsi

Bona Dea Mərkəzi Sterilizasiya Şöbəsi

Mərkəzi Sterilizasiya Şöbəsi səhiyyə qurumlarının müxtəlif bölümlərində tibbi və ya cərrahi alətlər və avadanlıqlar ilə tibbi baxımın tətbiq edilməsində istifadə edilən alətlərin təmizlənmə, kontrol edilmə, funksiyaya uyğun hazırlanma, sterilizasiya və dezinfeksiya prosesindən keçmə, uyğun şərtlərdə saxlanma və lazım olduqca paylanmanın həyata keçirildiyi mərkəz kimi təyin olunur.

Mərkəzi Sterilizasiya Şöbəsi bütün xəstəxananın şöbələrinə xidmət göstərən, sağlamlıq xidmətlərində keyfiyyət göstəricilərindən biri kimi qəbul edilən mühüm şöbədir. 

Xəstələrimiz hər zaman beynəlxalq standartlara uyğun xidmətalma haqqı olduğuna inanırıq, ona görə də xəstəxanamız bunun ən mühüm hissəsi olan infeksiyaya nəzarət üçün beynəlxalq sterilizasiya standartlarına cavab verən və modernləşdirilmiş mərkəz olan sterilizasiya şöbəsi quraraq ölkəmizin səhiyyə sisteminə çox əhəmiyyətli xidmətlər göstərəcəkdir.

Mərkəzimiz sistematik yanaşma və sterilizasiya avadanlıqları ilə ideal sterilizasiya xidmətini təmin edəcəkdir.

Mərkəzi Sterilizasiya Şöbəsi JCI akkreditasiya standartları əsasında beynəlxalq standartlara uyğun olaraq xidmət göstərən xüsusi təlimli kadrlardan təşkil olunmuşdur. Bu kadr yenilikləri, elmi və texnoloji innovasiyaları müntəzəm olaraq izləyir.

Xəstənin təhlükəsizliyini təmin etmək və infeksiyanın qarşısını almaq üçün böyük məsuliyyətə malik olan sterilizasiya şöbəsi 7/24 dekontaminasiya, qablaşdırma, sterilizasiya, dezinfeksiya və təmizləmə proseslərini standartlara uyğun olaraq bir mərkəzdən həyata keçirir, eləcə də depolama və yenidə istifadəyə hazırlama prosesi xidmət göstərilir.

Sağlam sterilizasiya infeksiyanın qarşısını alaraq həyat xilas edir.

Our Professional Team

Awesome Doctors for Medical and Health

Contact Us

Lorem ipsum dolor sit amet, consectetuм adipiscing elit

     

    WhatsApp chat