Qulaq, burun və boğaz xəstəlikləri

Home / Qulaq, burun və boğaz xəstəlikləri

Qulaq, burun və boğaz xəstəlikləri

Bona Dea Beynəlxalq Xəstəxanasının məqsədi qulaq, burun və boğaz xəstəlikləri sahəsində müasir tibbi xidmət göstərməkdir. Bu sahədə xəstəxana xidmətlərimizə daxildir:

Xəstəxanamızın Qulaq burun boğaz və baş boyun cərrahiyyəsi şöbəsində uşaqlarda və böyüklərdə klassik poliklinik müayinə, endovizyon sisteminin köməyi ilə tam endoskopik müayinə, mikroskopik qulaq müayinəsi, ehtiyac olan xəstələrdə əlavə laboratoriya analizləri, radyolojik müayinələr, audiometriya, timpanometriya, ABR, yenidoğulmuş uşaqlarda eşitmə skrining müayinələri (BERA) tətbiq edilərək xəstələr dəyərləndirilir. Ardından lazımi medikal və/və ya cərrahi müalicə planlanır.

Şöbədə müalicə edilən xəstəliklər:

  1. Otologiya və neyrootologiya (Qulaq və Qulaqla beyinin ortaq xəstəlikləri )
  • Xarici qulaq keçəcəyinin bütün növ xəstəlikəri
  • Orta qulaq xəstəlikləri (Kəskin və xroniki iltihablar,qulaq zarı patologiyaları, orta qulaqda maye toplanması, orta qulaq xolesteatomu, otoskleroz və s.)
  • Daxili qulaq xəstəlikləri (Qulaqla bağlı vertigolar – baş gicəllənmələri, Menier xəstəliyi, BPPV, vestibulyar nevrit, qulaqda ani eşitmə azlığı vəs.)
  1. Rinologiya (Burun xəstəlikləri):
  • Allergik burun xəstəlikləri
  • Kəskin və xronik sinuzitlər
  • Burunda çəpər əyrilikləri, burun deformasiyaları, burun balıqqulağının xəstəlikləri
  • Burunda xoşxassəli və bədxassəli törəmələr, şişlər
  1. Burun-udlaq, boğaz, ağız xəstəlikləri:
  • Uşaqlarda nitq və əmmə problemlərinə səbəb olan dil bağının müalicəsi
  • Adenoid, tonsil xəstəlikləri
  • Ağız içində, dildə, dodaqda, yanaqda iltihablı xəstəliklər, xoşxassəli və bədxassəli törəmələr
  • Xorultu, yuxuda nəfəs durması (apnoe) dəyərləndiliməsi və müalicəsi
  1. Larinqologiya:
  • Səs batması, səs tellərində düyün, polip və törəmələr, səs teli iflici, səs teli spazmı
  • Qırtlağın iltihabi xəstəlikləri, xoşxassəli və bədxassəli törəmələri, şişləri
  1. Baş və Boyun bölgəsinin xəstəlikləri:
  • Uz və baş, boyun dərisinin xoşxassəli və bədxassəli törəmələri, şişləri
  • Qulaqyanı və çənəaltı tüpürcək vəzilərinin (Parotis və submandibulyar vəz) iltihabi xəstəliləri, xoşxassəli və bədxassəli törəmələri, şişləri
  • Boyun bölgəsinin anadangəlmə törəmələri (Brankial yarıq kistaları, tiroglossal kistlər və s.)
  • Qalxanabənzər vəz və qalxanabənzərətrafı vəzin (Tiroid və paratiroid vəzin) xoşxassəli və bədxassəli törəmələri, şişləri

Bütün əməliyyatlar müasir avadanlıqlarla təchiz olunmuş əməliyyatxana otaqlarında ixtisaslı həkimlərimiz tərəfindən icra edilir.

Our Professional Team

Awesome Doctors for Medical and Health

Contact Us

    WhatsApp chat