Təcili Tibbi Yardım

Home / Təcili Tibbi Yardım

 

Təcili Tibbi Yardım

Təcili Tibbi Yardım şöbəsi təcili yardıma ehtiyacı olan planlaşdırılmamış xəstələrə köməklik göstərmək məqsədilə fəaliyyət göstərir. Bizim təcili tibbi yardım həkimlərimiz reanimasiya və stabilizasiya tədbirlərinə başlayırlar, kəskin mərhələdə xəstəyi müalicə etmək və diaqnoz qoymaq üçün müdaxilələr və araşdırmalar edirlər, mütəxəssislərlə birlikdə tibbi yardımı koordinasiya edirlər, xəstənin ehtiyaclarına uyğun olaraq hospitalizasiya, müşahidə və ya evəyazılma ilə bağlı qərarlar alırlar. 

Biz hər cür kəskin tibbi vəziyyətlə bağlı təhlükəsiz və effektiv diaqnostik və terapevtik xidmətlər göstəririk. Bona Dea Beynəlxalq Hospitalın Təcili Tibbi Yardım şöbəsinə gələn yeni doğulmuşlardan yaşlı xəstələrə qədər hər yaşdan insan qrupuna təcrübəli komanda tərəfindən yüksək xidmət göstərilir.

Bizim məqsədimiz 24/7 ən yüksək keyfiyyətli təcili tibbi yardım xidmətləri təmin etməkdir.

Heyət və xəstə maarifləndirilməsinə xüsusi diqqət edərək xəstə və ailə hüquqlarının ən yüksək səviyyədə qorunmasını təmin edirik.

Bizim təcili tibbi yardım xidmətinin nəqliyyat vasitələri xəstələrin TTYŞ-ya və digər yerlərə rahat və cəld daşınmasını təmin edir. Vertolyot meydançası da təcilli hallarda xəstələrin transferi üçün xidmətinizdədir.

Əməliyyata ehtiyacı olan və ya miokard infarktından əziyyət çəkən, ürək damarlarının təcili açılmasına ehtiyacı olan xəstələrin dərhal yardım görmələri üçün əməliyyat otaqlarımız və ürək kateterizasiyası laboratoriyalarımız 7 gün 24 saat fasiləsiz qəbulu təmin edir.

BDBH Təcili Tibbi Yardım Şöbəsinə gələn bütün xəstələr qiymətləndirilir, vəziyyəti stabilləşdirilir, iş saatı müddətinə müvafiq ambulator poliklinikaya yönləndirilir, xəstənin vəziyyəti və ehtiyacları nəzərə alınaraq hospitalizasiya edilir.

Xüsusi hallarda müxtəlif sahələr üzrə ixtisaslaşdırılmış həkimlərimiz situasiyaya uyğun olaraq qısa müddət ərzində təcili yardım şöbəsində toplaşırlar.

Our Professional Team

Awesome Doctors for Medical and Health

Book an Appointment

     

    WhatsApp chat