Ümumi Cərrahiyyə və Transplantologiya

Home / Ümumi Cərrahiyyə və Transplantologiya

Ümumi Cərrahiyyə və Transplantologiya

Bona Dea Beynəlxalq Hospitalda Ümumi Cərrahiyyə Mərkəzi xərçəng və xərçəng olmayan bütün xəstəliklərin diaqnoz və müalicəsini təmin edəcək bilik və təcrübəyə malik tibb heyəti, klassik müalicə metodlarını müasir texnologiya ilə birləşdirən avadanlıq və infrastrukturu, hər xəstəyə fərdi şəkildə yanaşaraq innovativ üsulların tətbiq edildiyi cərrahi müalicə metodları ilə dünya standartlarında xidmət imkanlarına malikdir.

Ümumi cərrahiyyədə “ixtisaslaşmış cərrah” anlayışı

Tibbin ən önəmli və geniş əhatəli sahələrindən biri olan ümumi cərrahiyyə; müalicəsi ilə məşğul olduğu orqanların xəstəlikləri və fərqli müalicələri, bu sahələrdə sürətlə inkişaf edən texnologiya və cərrahi texnika üsullarının inkişafa bağlı olaraq müxtəlifliyinin artması ilə yerini yavaş-yavaş özəl cərrahiyyəyə verir. Belə ki, hər mövzuya fokuslanan “ümumi cərrah” eyni zamanda ümumi cərrahiyyənin fərqli sahələrində də ixtisaslaşaraq “ixtisaslaşmış  cərrah” statusunu qazanır.

Bona Dea Beynəlxalq Hospitalda Ümumi Cərrahiyyə Mərkəzi də bu baxımdan fərqli sahələrdə ixtisaslaşmış akademik və ekspert heyəti ilə xidmət göstərir. Xəstələr mütəxəssis axtarışını həyata keçirmədən ümumi cərrahiyyənin bütün alt bölmələrində keyfiyyətli xidmət imkanına malikdir. Bundan əlavə, cərrahi müdaxilələrin fərdi qərarlara deyil, qrup qərarına bağlı olaraq verildiyi konsilium dəyərləndirmələrindən də yararlanır. Xəstələr ümumi diaqnozun ardınca mövzu üzrə mütəxəssisə yönləndirilərək xəstəliyə dair müalicə planlaşdırılır. 

Qalxanabənzər vəzin xoşxassəli xəstəlikləri və xərçənglərini əhatə edən endokrin cərrahiyyəsi, süd vəzində xoşxassəli şişlərin və süd vəzi xərçənglərinin cərrahiyyəsi; qaraciyər, öd yolları, öd kisəsi və mədəaltı vəzini əhatə edən hepatopankreatobiliar sistem cərrahiyyələri; qida borusu, mədə, nazik və yoğun bağırsaq ilə anus nahiyəsini əhatə edən xərçənglər, öd kisəsi daşları və yırtıqlar, anorektal xəstəliklərin cərrahiyyəsi təcrübəli komanda tərəfindən həyata keçirilir. 

Laparoskopik prosedurlar:

  • Xolesistektomiya və ümumi öd axarının mexaniki təsirlərdən müalicəsi
  • Appendektomiya
  • Varikosele
  • Yırtığın bərpası
  • Bağırsaq rezeksiyası
  • Splenektomiya
  • Qastroezofageal reflyuks xəstəliyi (GERD) üzrə cərrahiyyə və diafraqmanın qida borusu dəliyi yırtığının bərpası

Bona Dea Beynəlxalq Hospitalın Ümumi Cərrahiyyə Mərkəzində Həyata Keçirilən Cərrahiyyə və Prosedurlar:

SÜD VƏZİ CƏRRAHİYYƏSİ

Süd vəzi mərkəzimizdə süd vəzinin xoşxassəli şişləri və xərçənglərinin müalicəsi;  dünyanın ən inkişaf etmiş mərkəzləri ilə eyni anda tətbiq olunan cərrahi texnikalar, fərdə məxsus əməliyyat yanaşmaları, xəstə komfortunun təmin edilməsi və multidisiplinar anlayışla həyata keçirilir. Süd vəzi xərçənglərində yalnız şişli nahiyənin çıxarılması və süd vəzi bütövlüyünün qorunması prinsipi əsas götürülür. Ancaq süd vəzisində eyni zamanda bir neçə ocaqda inkişaf edən şişlərdə mastektomiya adlandırılan süd vəzinin tamamən götürülməsi əməliyyatı zamanı eyni seansda tətbiq olunan plastik və rekonstruktiv cərrahiyyələrlə süd vəzinin estetikası təmin edilir və xəstənin orqan itkisi yaşama riski ortadan qaldırılır. 

ENDOKRİN CƏRRAHİYYƏSİ

Bədənin endokrin vəzilərinin əməliyyat tələb edən xəstəliklərində tətbiq olunan cərrahi müalicələrdir. Qalxanabənzər vəzinin xoşxassəli və bədxassəli xəstəlikləri, düyünlü zob, tireotoksik (zəhərli) zob, qalxanabənzər vəzi xərçəngi, paratiroid vəzi xəstəlikləri, böyrəküstü vəzi xəstəlikləri və şişləri, mədəaltı vəzinin xoşxassəli xəstəlikləri və xərçənglərinin cərrahi müalicəsi endokrin cərrahiyyəsi çərçivəsində həyata keçirilir. Bona Dea Beynəlxalq Hospitalın Ümumi Cərrahiyyə Mərkəzində qalxanabənzər vəzi və paratiroid cərrahiyyəsində xəstənin rahatçılığına mənfi şəkildə təsir göstərən qanaxmalar və səs itkilərinin qarşısını alan xüsusi prosedurlar da həyata keçirilir. Əməliyyat zamanı istifadə olunan və “enerji cihazları” adlandırılan köməkçi vasitələr ilə damar istənilən yerdən bağlanılaraq qanaxma riski azaldılır. Cərrahiyyə zamanı fərdin danışmasını təmin edən səs tellərinə gedən sinirlərin qorunmasını təmin edən sinir monitorizasiyasından da istifadə olunur və cərrah prosedur zamanı sinirin funksiyasına nəzarət edir. 

QARACİYƏR, MƏDƏALTI VƏZİ, ÖD YOLLARI CƏRRAHİYYƏSİ (HEPATOPANKREATOBİLİAR CƏRRAHİYYƏ)

Ümumi Cərrahiyyədə; qaraciyər, mədəaltı vəzi və öd yollarının xoşxassəli xəstəlikləri və bədxassəli şişləri Hepato-pankreato-biliar (HPB) cərrahiyyə adlandırılan müalicə ilə həyata keçirilir. Bona Dea Ümumi Cərrahiyyə Mərkəzində mədə-bağırsaq sistem şişlərinin cərrahiyyəsində beynəlxalq texnikalar tətbiq olunur. Xərçəng əməliyyatından əvvəl xəstələr onkoloji konsiliumda dəyərləndirilir, xəstəlik ilə əlaqədar bütün bölmə həkimlərinin fikri öyrənililir və xəstəyə ən uyğun cərrahi üsullar tətbiq olunur. 

QASTROENTEROLOJİ CƏRRAHİYYƏ

Mədə, nazik və yoğun bağırsaq, qida borusu ilə düz bağırsağı əhatə edən xoşxassəli xəstəliklər və xərçənglərinin cərrahi müalicələri qastroenteroloji cərrahiyyə adı altında həyata keçirilir. Bona Dea Ümumi Cərrahiyyə Mərkəzində konsilium qərarı ilə dəyərləndirilən xəstələr üçün ən uyğun cərrahi üsullar müəyyən edilir, dünyanın ən inkişaf etmiş xərçəng mərkəzlərində tətbiq olunan müasir əməliyyat texnologiyaları xəstələrə təqdim olunur. Onkoloji cərrahiyyədə əməliyyatların mühüm hissəsi qapalı cərrahiyyə üsulu olan laparaskopiya ilə həyata keçirilir, xəstə sürətli və rahat şəkildə reabilitasiya dövrü keçərək əlavə müalicələri üçün lazımınca vaxt qazanır. Qastroenteroloji cərrahiyyədə də, xüsusilə qaraciyər metastazı vermiş bağırsaq şişləri cərrahiyyəsi uğurla tətbiq olunur. 

PROKTOLOJİ CƏRRAHİYYƏ

Cəmiyyətdə geniş şəkildə müşahidə olunan anorektal xəstəliklərin (yoğun bağırsaq, düz bağırsaq və anal nahiyə xəstəlikləri) doğru diaqnoz və müalicəsi üçün bu sahədə təcrübəli və xüsusi ixtisas sahibi bir komanda, müasir texnologiya və avadanlıq tələb olunur. Bona Dea Ümumi Cərrahiyyə Mərkəzi bu sahədəki problemləri xəstələrə doğru diaqnoz və yüksək səviyyədə müalicə imkanları təqdim edərək həll etməyə çalışır. Proktoloji cərrahiyyədə; daxili və xarici hemorroid, qəbizlik, anal çat, perianal abses və fistullar, nəcis saxlamamazlıq, bağırsaq yırtığı, tük (qıl) dönməsi, anal qaşıntı, kolorektal xərçənglər ilə anal və perianal ziyillərin cərrahi müalicələri həyata keçirilir. 

ORQAN NƏQLİ

Bona Dea Orqan Nəqli Mərkəzində, xüsusilə qaraciyər və böyrək nəqli mərkəzimizdə müasir avadanlıqlarla peşəkar işçi heyəti tərəfindən həyata keçirilir.

 

 

 

 

 

 

 

 

Our Professional Team

Awesome Doctors for Medical and Health

Contact Us

    WhatsApp chat