Həkiminizdən Soruşacağınız Suallar

Müalicənizdə iştirak etməyinizin bir çox üstünlükləri var. Həkiminiz, tibb bacısı və digər tibbi personal sizin iştirakınızı xoş qarşılayacaqlar.
Bona Dea Beynəlxalq Hospitalda xəstələrə yaxınları tərəfindən mənəvi  dəstək almaq üçün 18.00-20.00 arası açıq ziyarət saatları tətbiq olunur. Xəstə və ya onun tərəfindən seçilən nümayəndə xəstənin yanına kimin və nə zaman ziyarət edəcəyinə qərar verir.
Bona Dea Beynəlxalq Hospitalda xəstələr və xəstə ziyarətçilərinin rahatlığı üçün tikinti lahiyəsində avtodayanacaq yeri ayrılmışdır. Biz xəstəxananın bütün avtodayanacaq yerləri üçün ödənişsiz xidmət təklif edirik. Bu xidmətimiz həftə sonları və bayramlar da daxil olmaqla hər gün 24 saat fəaliyyət göstərir.
Müsəlman və qeyri-müsəlman insanların mənəvi dəyərlərinə hörmət və diqqət əlaməti olaraq xəstəxanamızda ibadət otağı da mövcuddur. Bu otaqlar xəstələr, ziyarətçilər və heyətin istifadə üçün açıqdır.
Xəstələr və xəstə ziyarətçiləri xəstəxanada Wi-Fi xidmətindən pulsuz istifadə edə biləcəklər.

Həkiminizdən Soruşacağınız Suallar

Biz sağlamlığınızla bağlı sizin tam məlumatlı olmağınızı təşviq edirik.  Aşağıda həkiminizdən soruşacağınız suallarla bağlı təkliflərə nəzər salın.

Simptonlar və ya diaqnozlar haqqında

  • Sağlamlıqla bağlı problemim nədir?
  • Xəstəliyim və ya vəziyyətim nə dərəcədə ciddidir, iş və ailə həyatıma nə cür təsir göstərəcək?
  • Xəstəliyim və ya vəziyyətimə qoyulmuş qısamüddətli və uzunmüddətli diaqnoz nədir?
  • Xəstəliyin səbəbi nədir?
  • Bu simptomların səbəbi birdən çox xəstəliyin olmasıdırmı?
  • Müəyyən bir xəstəliklə bağlı analiz verməliyəm?
  • Hansı simptomları yoxlatmalıyam?
  • Bu analizlər nə dərəcədə etibarlı və dəqiqdir?
  • Analizlərin nəticəsi nə zaman bilinəcək?
  • Bundan sonra yenidən gəlməyimə ehtiyac varmı, varsa, nə zaman gəlməliyəm?
  • Xəstəliyimi digərlərinə yoluxdurmamaq üçün tədbir görməliyəmmi?
  • Xəstəliyim necə müalicə olunur?

Müalicəniz haqqında

  • Müalicə ilə bağlı seçimlərim nələrdir?
  • Müalicə müddəti nə qədərdir?
  • Müalicənin qiyməti nə qədərdir?
  • Bu xəstəlik zamanı ən çox hansı müalicə tətbiq olunur?
  • Bu xəstəliyin ümumi bir forması varmı və bu faydalı olacaqmı?
  • Hansı yan təsirləri olacaq?
  • Müalicənin xeyir və ziyanları nələrdir?
  • Müalicə almasam, nə baş verər?
  • Müalicəmi gecikdirsəm, nə baş verər?
  • Müalicə ərzində nələrdən yayınmalıyam?
  • Əgər müalicənin yan təsirləri olarsa, nə etməliyəm?
  • Müalicənin təsirlərini necə biləcəyəm?
  • Dərmanın dozasının qəbulunda səhv etsəm, nə etməliyəm?
  • Bu müalicə iş həyatım və ya yaşam tərzimə təsir göstərəcəkmi?
  • Qoyulan qısamüddətli və uzunmüddətli diaqnozlar nələrdr?

Əgər əməliyyata ehtiyacınız varsa

  • Mənim niyə əməliyyata ehtiyacım var?
  • Hansı əməliyyat proseduralarını məsləhət görürsünüz?
  • Əməliyyatı həyata keçirməyin birdən çox yolu varmı?
  • Əməliyyatla bağlı alternativlər var mı?
  • Əməliyyatın qiyməti nə qədərdir?
  • Əməliyyat olmağın nə kimi xeyirləri var?
  • Əməliyyat riskləri hansılardır?
  • Əməliyyat olmasam, nə olacaq?
  • Əməliyyatla bağlı ikinci bir fikri haradan əldə edə bilərəm?
  • Hansı anesteziyaya ehtiyacım olacaq?
  • Sağalma müddətim nə qədər çəkəcək?
  • Şərtləriniz nələrdir?
  • Bu əməliyyatla bağlı nə dərəcədə təcrübəlisiniz?
  • Xəstəxanada nə qədər qalacağam?
bona dea

Niyə Bona Dea Beynəlxalq Hospitalını seçmək lazımdır?

Xəstəxanamızın ən böyük üstünlüyü investorlarımızın Xəzər regionunda güclü, yepyeni və bənzərsiz konsepsiya həyata keçirmək istəyidir: Qərbin, Avropanın xəstəyə baxım keyfiyyətinə əsaslanan xəstəxana. Bu o deməkdir ki, Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını təklif etmək xəstəxanamızın əsas məqsədidir. Avropa Birliyi daxilində bir çox avropalı tibbi, orta tibbi və idarə heyəti ilə çalışaraq, eləcə də əsas tibbi müəssisələrlə əməkdaşlıq edərək bu məqsədə çatmağı hədəfləyirik.

Axtar

WhatsApp chat