Bona Dea Beynəlxalq Xəstəxanasında biz bütün xəstələrin hüquqlarına hörmətlə yanaşırıq, Xəstəxanada qalmağı narahat hiss etmək normaldır. Xahiş edirik tək olmadığınızı...
Peşəkar həkimlər
Liv Bona Dea Hospital etibar etdiyiniz reytinqlərlə sizin üçün ən doğru həkimin seçilməsinə kömək edəcək.
Hospital haqqında
Təsadüfi deyil ki, biz xəstəxanamızı “Liv Bona Dea Hospital” adlandırmışıq. Roma mifologiyasında Bona Dea şəfa ilahəsidir. Onun məbəd bağçasında xəstələrə şəfalı bitkilərlə qulluq olunurdu. Sağlamlıq simvolu olan ilan da onun atributu idi.
Poliklinikanın iş saatları
Bazar ertəsi – Cümə-9.00 – 18.00
Şənbə-9.00 – 14.00
Bazar günü qeyri iş günüdür
Sağlamlıq misilsizdir, ən yaxşısına etibar edin.
Xəstəxanamızın qapılarını azərbaycanlılar, xarici vətəndaşlar, diplomatlar, tibbi turistlər və dünya miqyasında bütün xəstələrin üzünə açmaqla, həqiqətən də, beynəlxalq xəstəxana olmaq istəyirik.
Tibbi müalicə
Xəstələr bizim əsas diqqət mərkəzimizdədirlər. Hər xəstəyə unikal müalicə göstərilməlidir. Şəxsi münasibətlər, ünsiyyət, şəfqət, dinləmə, məlumat vermə, hörmət və xəstələrin öz müalicələrinə cəlb edilməsi bizim xəstə mərkəzli xidmətimizin əsas xüsusiyyətləridir.
Təcili yardım
Təcili Yardım şöbəmizdə bütün xəstələrə mümkün olduğu qədər qısa zamanda diqqət göstərilməsini, eləcə də səfərin mümkün olduğu qədər asan və problemsiz həyata keçirilməsini təmin edirik.
Tibbi səmərəlilik
Bizim heyət, eləcə də xəstəxana maksimum dərəcədə səmərəlilik əldə etmək üçün cəhd edir: yaxşı təşkil olunmuş tərzdə işləyərək və minimum israf xərcləri ilə maksimum səmərəlilik əldə edərək.
İxtisaslı həkimlər
İnternetdə gördüyünüz reytinqlərə necə etibar edə bilərsiniz? Doğru həkimi seçmək çətin ola bilər. Liv Bona Hospital etibar etdiyiniz reytinqlərlə sizin üçün doğru həkim seçilməsinə kömək edəcək.
Beynəlxalq Xəstə Xidmətləri
Bizim Xidmətlərimiz
Ən son xəbərlər
Oxuyan ilk siz olun
Sağlamlıq Sığortası
Fərdi yanaşma ilə tibbi mərkəz
Haqqımızda
Təsadüfi deyil ki, biz xəstəxanamızı “Liv Bona Dea Hospital”ı adlandırmışıq. Roma mifologiyasında Bona Dea şəfa ilahəsidir. Onun məbəd bağçasında xəstələrə şəfalı bitkilərlə qulluq olunurdu. Sağlamlıq simvolu olan ilan da onun atributu idi.
Liv Bona Dea Hospital Azərbaycanın hal-hazırkı paytaxtı olan Bakıda yerləşir. Bizim xəstəxananın gözəl binası şəhərin Nizami rayonundadır. O, şəhərin əsas avtomagistralı olan Heydər Əliyev prospektinə yaxındır, əlverişlilik bizim üstünlüklərimizdən biridir.
Bununla belə, xəstəxanamızın ən böyük üstünlüyü investorlarımızın Xəzər regionunda güclü, yepyeni və bənzərsiz konsepsiya həyata keçirmək istəyidir: Qərbin xəstəyə baxım keyfiyyətinə əsaslanan xəstəxana. Bu o deməkdir ki, Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını təklif etmək xəstəxanamızın əsas məqsədidir. Avropa Birliyi daxilində bir çox avropalı tibbi, orta tibbi və idarə həyəti ilə çalışaraq, eləcə də əsas tibbi müəssisələrlə əməkdaşlıq edərək bu məqsədə çatmağı hədəfləyirik.
FAQ
Bəzi suallarınız var?
Xidmətlərimizdən istifadə üçün xəstəxanaya yaxışlaşdıqda özünüzlə şəxsiyyət vəsiqənizi gətirməyiniz zəruridir.
Xəstəxanada fəaliyyət göstərən həkimlər tam iş saatında işləyirlər.
Fakturanızla bağlı hər hansı problemlə üzləşdikdə xəstə xidmətlərinin rəhbərinə müraciət edə bilərsiniz.