İbadət otağı

Müalicə prosesində birbaşa iştirak etməyinizin bir çox üstünlükləri var. Həkimlər, tibb bacıları və digər tibbi personal sizin iştirakınızı xoş qarşılayacaq.
Bona Dea Beynəlxalq Hospitalda xəstələrlə ziyarət saatları 18.00-20.00 arasıdır. Xəstə və ya xəstənin nümayəndəsi xəstənin kim tərəfindən və nə zaman ziyarət edəcəyinə qərar verir.
Bona Dea Beynəlxalq Hospitalda xəstələr və xəstə ziyarətçilərinin rahatlığı üçün tikinti lahiyəsində avtodayanacaq yeri ayrılmışdır. Xəstəxananın bütün avtodayanacaq yerləri ödənişsizdir. Bu xidmətimiz həftə sonları və bayramlar da daxil olmaqla hər gün 24 saat fəaliyyət göstərir.
İnsanların mənəvi dəyərlərinə hörmət və diqqət əlaməti olaraq xəstəxanamızda ibadət otağı da mövcuddur. Bu otaq xəstələr, ziyarətçilər və heyət tərəfindən istifadə olunur.
Xəstələr və xəstə ziyarətçiləri xəstəxanada Wi-Fi xidmətindən pulsuz istifadə edə bilər.

İbadət otağı

Müsəlman və qeyri-müsəlman insanların mənəvi dəyərlərinə hörmət və diqqət əlaməti olaraq xəstəxanamızda ibadət otağı da mövcuddur. Bu otaqlar xəstələr, ziyarətçilər və heyətin istifadə üçün açıqdır.
bona dea

Niyə Bona Dea Beynəlxalq Hospitalını seçmək lazımdır?

Xəstəxanamızın ən böyük üstünlüyü investorlarımızın Xəzər regionunda güclü, yepyeni və bənzərsiz konsepsiya həyata keçirmək istəyidir: Qərb və Avropa ölkələrinin xəstəyə baxım keyfiyyətinə əsaslanan xəstəxana. Bu o deməkdir ki, Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarına uyğun xidmətlər göstərmək xəstəxanamızın əsas məqsədidir. Avropada fəaliyyət göstərən bir çox tibbi, orta tibbi və idarə həyəti ilə çalışaraq, eləcə də Avropa Birliyi ölkələrində yerləşən aparıcı tibbi müəssisələrlə əməkdaşlıq edərək bu məqsədə nail olmağa çalışırıq.

Axtar