İnvaziv radiologiya, invaziv neyroradiologiya və invaziv onkologiya

Home / İnvaziv radiologiya, invaziv neyroradiologiya və invaziv onkologiya

İnvaziv radiologiya, invaziv neyroradiologiya və invaziv onkologiya

BD inv R 2 1 1

İnvaziv radiologiya

İnvaziv radiologiya rentgen-flüoroskopiya, kompüter tomoqrafiya, maqnit rezonans görüntüləmə və ya ultrasəs kimi tibbi görüntüləmə rəhbərliyindən istifadə edərək müxtəlif minimal invaziv prosedurları yerinə yetirən radiologiyanın yan ixtisasıdır. İnvaziv radiologiya tibbin bir çox sahələrində diaqnostika və müalicə üçün tətbiq edilən üsulları özündə birləşdirir. Diaqnostik (angioqrafiya, venoqrafiya, xolangioqrafiya, biopsiya) və terapevtik olmaqla iki yerə ayrılır.

İnvaziv radiologiya uzmanı ilk növbədə diaqnostik radiologiya mütəxəssisi olur. Bu səbəbdən ultrasəs müayinəsi, kompyuter tomoqrafiya, maqnit rezonans tomoqrafiya və digər diaqnostik müayinə üsulları ilə çəkilən görüntülərin çox yaxşı dəyərləndirilməsini bilir.

Angiografiya kontrast maddə (rəngləndirici maddə) verilərək insan bədənindəki damarların vizual görüntülənməsi deməkdir. Sadəcə diaqnoz məqsədi ilə istifadə edilməyib, eyni zamanda DSA, floroskopiya, ultrasəs cihazı, kompyuter tomografiya və digər görüntüləmə üsulları vasitəsi ilə müalicə məqsədi üçün icra olunur. Daha çox damar tutulmalarında (okkluziyaları) icra olunduğu kimi, anevrizma, damar malformasiyaları, embolizasiyasında və ya törəmələrin müalicəsi kimi bir çox məqsədlərlə istifadə edilə bilir.

Damar xəstəliklərinin əməliyyatla deyil, invaziv yolla müalicəsinə endovaskulyar müalicə deyilir. Bu müasir dövrdə ən vacib müalicə metodlarından biridir, çünki damar xəstəlikləri dünyada ən çox görülən xəstəlik növüdür və ölkəmizdə bütün ölümlərin yarısı ürək və damar xəstəlikləri səbəbi ilə olur.

Endovaskulyar əməliyyatlar geniş kəsiklərin olmaması, daha az ağrılı olması, və daha qısa sağalma zamanı olduğu üçün xəstələr üçün asandır. Bu əməliyyatlar lokal və ya ümumi anesteziya altında həyata keçirilir, bu səbəblə xəstələr müdaxilənin hər hansı bir mərhələsində ağrı hiss etmirlər.

  • İnvaziv neyroradiologiya

Baş-boyun nahiyyəsi və beynin, hətta onurğa beyninin damar problemlərinin müalicəsində invaziv neyroradioloji angioqrafiya üsullarından istifadə olunur.

Qasıq nahiyyədən çox kiçik vasitələrlə (iynə dəliyi kiçikliyində) girilərək, damar mənfəzindən beyinə qədər gedib, beynin ən kənar hissəsində izlənən damarlardakı problemlərin müalicəsi çox zaman invaziv neyroradioloji üsulla edilir.

  • Anevrizmanın (damar balonlaşması) endovaskulyar yolla müalicəsi

İnvaziv neyroradiologiyanın ən geniş yayılmış sahələrindən biri baş beyin damar divarının zəifləmiş nöqtəsində əmələ gələn anevrizma adlanan qabarcıq kimi strukturların müalicəsidir. Damar divarındakı balonlaşma sağlam damar divarları qədər davamlı olmadığı üçün ürəkdən vurulan qanın təzyiqi ilə partlayaraq qanaxmaya səbəb ola bilər. Beyin damarlarında anevrizma və ya fistul varsa, onları invaziv neyroradioloji metod ilə tıxamaqla müalicə edirik.

  • Boyun (karotis arteriya) damarları darlıqları müalicəsi

Bədənin bütün damarlarında baş verə bildiyi kimi, beynin əsas arteriyası olan boyundakı yuxu arteriyasında da darlıq və tıxanma əmələ gələ bilər. Yuxu arteriyasında inkişaf edən darlıq və stenoz nəticəsində beyin funksiyalarının müvəqqəti və ya daimi itirilməsi və qismən və ya tam iflic (insult) baş verə bilər. Xəstəliyin əsas səbəbi ateroskleroz problemidir. Açıq cərrahiyyə ilə yanaşı, angioqrafiya və stent yerləşdirmə tətbiqləri ilə də müalicə edilə bilər.

  • Damar tıxanıqlıqları

Damarlarda laxtaların əmələ gəlməsi, ateroskleroz və ya damarlarda müxtəlif səbəblərdən yaranan tıxanmalar meydana gəldiyi bölgədən asılı olaraq həyati təhlükəsi olan ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. İnvaziv radiologiya üsullarından istifadə etməklə damarlara yüksək sıxlıqlı bir maddə yeridilir və bu da arzu olunan sahələrin görünməsinə şərait yaradır. Bu şəkildə maneə və ya darlıqlar aşkarlana və müalicə edilə bilər.

  • Aşağı ətraf damarlarının tıxanıqlıqları

Daha çox ateroskleroz səbəbiylə inkişaf edən və daha çox irəli yaşlarda rast gəlinən ayaq damarlarının tıxanması, yeriyərkən baldırda ağrı, ayaq barmaqlarının ucunda uyuşmaya, daha irəliləmiş hallarda isə barmaqlarda yaralara və qanqrenaya səbəb ola bilər. Angioqrafiya, balon, stent, aterektomiya, trombolizis və laxtanın çıxarılması kimi texnikaların köməyi ilə ayaq damarlarında yaranan tıxanıqlıq və stenozu müvəffəqiyyətlə müalicə etmək olar.

  • İnvaziv onkologiya

İnvaziv radiologiya üsullarının fayda verdiyi başqa bir sahə onkologiyadır. Görüntüləmə üsulları ilə orqana daxil olub iynə köməyi ilə nümunə götürmə texnikasına iynə biopsiyası deyilir. Alınan nümunələr patoloji müayinə edilə bilər. Bu yolla qaraciyər, süd vəzi, limfa düyünləri, prostat kimi bir çox orqandan kəsiksiz biopsiya almaq mümkündür.

Onkologiyada diaqnostik məqsədlə tətbiq edilən İnvaziv radiologiya üsulları ilə yanaşı, xərçəngi birbaşa müalicə edən üsullar da mövcuddur. Mikrodalğa ablasiya, kimyaembolizasiya, intraarterial kimyaterapiya, radioembolizasiya kimi üsullar xərçəng hüceyrələrinin birbaşa məhv edilməsi üçün invaziv radioloji tətbiqlərdir.

  • Transarterial embolizasiya (TAE)

Şiş (xərçəng və ya xoş xassəli) hüceyrəsinin qan təchizatını tamamilə bağlamaq və hüceyrə ölümünə səbəb olmaq, eləcə də qanamanı durdurmaq üçün embolik materialın (mikrohissəciklər, yapışqan, PVA) kateter vasitəsilə şişi qidalandıran arteriyalara yeridilməsi prosesidir. Məs: Uşaqlıq arteriyasının embolizasiyası (uşaqlıq mioması və ya uşaqlıq törəmələri qanamalarında), prostat arteriyasının embolizasiyası, qanayan törəmələrin damarlarının embolizasiyası, bəzi nahiyyələrdəki hemangiomaların embolizasiyası.

  • Transarterial kemoembolizasiya (TACE)

Kimyaterapiya preparatının kateter vasitəsilə mikrohissəciklərlə birlikdə şişi qidalandıran arteriyalara yeridilməsi prosesidir. Bu zaman şiş hüceyrələrinə həm kimyaterapiya verir, həm də hüceyrə ölümünə səbəb olmaq üçün şişə qan tədarükünü bloklayırıq. TACE müxtəlif növ dərmanlarla həyata keçirilə bilər. Ən çox rezeketabl olmayan qaraciyər xərçənginin (hepatosellüler karsinoma) müalicəsində istifadə edilir.

Bunlarla bərabər onkoloji müalicələrin rahat icra edilməsi üçün mərkəzi venoz kateter (picc-line, port kateterlərinin) yerləşdirilməsi də invaziv radiologiyanın tətbiq etdiyi üsullardan biridir.

  • Drenaj üsulları, kista, abses müalicəsi

İnvaziv radioloji metodla tətbiq edilən drenaj əməliyyatları vasitəsilə öd yolları və sidik yollarında olan tıxanıqlıqlar da müalicə edilə bilər. Qarın boşluğunda maye yığılma və ya yaranan abses, kista drenaj əməliyyatı ilə aradan qaldırılır.

  • Sümük lezionlarının diaqnostika və müalicəsi

Anevrizmal sümük kistalarının və osteoid osteomaların mikrodalğa ablasiya metodu ilə müalicəsi və sümük lezionlarının biopsiyası həyata keçirilir.

İcra olunan əməliyyatlar

  1. Organlardan və törəmələrdən görüntüləmə rəhbərliyində ağrısız biopsiya (parça alma) əməliyyatları.
  2. Süd vəzi xəstəliklərinin diaqnozu (ultrasəs, mamografiya, MRT, biopsiya) və xoş xassəli törəmələrin (kistalar və fibroadenomalar) açıq əməliyyatsız, kəsiksiz iynə ilə müalicələri.
  3. Böyrək, qaraciyər, süd vəzi, qalxanabənzər vəzi və başqa organlardaki kistaların iynə ilə müalicəsi
  4. Qaraciyər, böyrək və ağciyər törəmələrinin iynə ilə müalicələri (radrofrekans, mikrodalğa ve kriyo ablasiya).
  5. Qaraciyər və Ağciyər törəmələrinin angiografiya ilə damar içindən müalicələri (kimyaembolizasiya, radioembolizasiya).
  6. Qalxanabənzər vəz düyünlərinin diaqnozu və iynə ilə ağrısız müalicələri (radiofrekans, mikrodalğa ve alkoqol ablasiya).
  7. Zobun angiografiya ilə damar içindən müalicəsi.
  8. Damar yolu tapıla bilməyən xəstələrdə damar yolu açılması( müvəqqəti və qalıcı hemodiyaliz kateterləri, picc kateter).
  9. Kimyaterapiya portunun ultrasəs və angioqrafiya ilə daha etibarlı yerləşdirilməsi.
  10. Şah/yuxu damarı, böyrək, bağırsaq, qasıq damarları və ayaq damarlarının darlıqları və tutulmalarının / tıxanıqlıqlarının açılması (balon, stent və qazıma yöntəmləri ilə).
  11. Diyabetik ayaq müalicəsi.
  12. Kişilərdə varikoselin angiografiya ilə damar içindən müalicəsi.
  13. Qadınlarda pelvik kongessiya sindromunun ( genital, çanaq və uşaqlıq ətrafı varikozları) angiografiya ile əməliyyatsız müalicəsi.
  14. Uşaqlıq miomalarının (fibrom) angiografiya ilə  damar içindən müalicələri.
  15. Tıxanmış fallop borularının (uşaqlıq borusu) açılması.
  16. Hemoroyun (babasil) angiografiya ilə damar içindən müalicəsi.
  17. Vaskulyar malformasiya və hemangiomların ( doğuşdan olan damar anomaliyaları, damar yumaqları və damar törəmələrin) diaqnozu və açıq əməliyyatsız müalicələri.
  18. Aorta və başqa damarlardaki anevrizmaların (damar balonlaşmaları) angiografiya ilə damar içindən müalicələri.
  19. Beyin damar xəstəlikləri ( anevrizma, AVM/AVF, yuxu damar stentlənməsi, beyin damarlarında daralmaların balon və stent müalicələri).
  20. Kəskin insultda (beyin damarlarının tıxanmasına bağlı anidən meydana gələn təcili vəziyyətlər) tıxalı damarların açılması.
  21. Ayaq damarlarında tromb (laxta) əmələ gəlmə səbəbinin araşdırılması, diaqnozu və angiografiya ilə laxta çıxarma, laxta əritmə və stentləmə müalicələri. Akut və xroniki dərin vena trombozu müalicələri.
  22. Öd yollarındaki darlıq və tıxanmaların kateter və stent ilə müalicəsi, öd daşları və öd palçığının diaqnozu və müalicəsi.
  23. Qanaxma mərkəzlərinin tapılıb angiografiya ilə qanaxmanın dayandırılması ( mədə, bağırsaq, ağciyər qanaxmaları, doğum sonrası qanaxmaları, travma sonrası qanaxmaları, burun qanaxmaları).
  24. Prostat böyüməsinin angiografiya ilə müalicəsi (prostat arteriyasının embolizasiyası).
  25. Prostat xərçəngi diaqnozunda füzyon biopsiya (hədəfə yönəldilmiş biopsiya).
  26. Sidik kanallarındaki tıxanıqlıqların müalicəsi (nefrostomiya, balon müalicəsi ve stent yerləşdirilməsi).
  27. İnvaziv ağrı müalicələri : bel, oma, ayaq, boyun, çiyin, qol ağrıları və xərçənglə bağlı ağrıların iynə ilə müalicəsi.
  28. Xoşxassəli qaraciyər hemangiomalarının, böyrək angiomiyolipomlarının angiografiya ilə açıq əməliyyatsız müalicəsi.
  29. Qarında və ağciyərdə maye yığılmasının qalıcı olaraq müalicəsi.

Our Professional Team

Awesome Doctors for Medical and Health

Contact Us