Bona Dea Beynəlxalq Xəstəxanası 27 Mart 2018 – ci il tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə gerçəkləşən açılış mərasimi sonrasında fəaliyyətə başlamış və hal hazırda müasir tibbi texnoloji avadanlıqlarla təchiz edilmiş, ən son yenilikləri izləyən və dünyada müasir standartlara cavab verən müalicə ocaqlarından biridir.
Xəstəxanamız bu il tibb sahəsində dünyanın ən qabaqcıl keyfiyyət standartlarından biri olan Joint Commission International (JCI) Akkreditasiya sertifikatını yüz faizlik (100%) nəticə ilə əldə etmişdir.
JCI standartı xəstə baxımı keyfiyyətləri və xəstə təhlükəsizliyi ilə əlaqədar prosesləri özündə birləşdirən dünyanın ən böyük akkreditoru JCAHO’nun (Joint Commission on Accreditation of Healthcare Organizations) beynəlxalq platformada təmsil edilən nümayəndəsidir.
JCI sertifikatının əldə olunması münasibəti ilə 06 Aprel 2022 – ci il saat 14:30 da Bona Dea International Hospitalda bu məqsədlə tədbir təşkil olunmuş və akkreditasiya barəsində ictimaiyyət məlumatlandırılmışdır.

Leave a Reply

Your email address will not be published.

fifteen − two =