Tibb Bacılığı Təlimlərimiz
Bona Dea Akademiya
Tibb Bacılığı Təlimlərimiz
Bona Dea Beynəlxalq Hospital müalicə və baxım qrupunun mühüm bir hissəsi olan tibb bacılarımızın həm peşə, həm də fərdi inkişaflarına töhvə verərək lazımi avadanlıqlarla təchiz edilmiş, etibarlı və keyfiyyətli səhiyyə xidməti göstərən, sahibkarlıq-liderlik kimi potensial xüsusiyyətlərini ortaya çıxaran, hörmətli fərdlər olması üçün tibb bacılığı təlimlərinə əhəmiyyət veririk.
Tibb bacılarımızın təlimləri ixtisaslı akademik təlimçi heyət tərəfindən audio-vizual avadanlıqlara sahib dərsliklərdə və qabaqcıl texnoloji avadanlıqlarla təchiz olunmuş simulyasiya xəstə otaqlarında dəlilə əsaslanan, cari nəzəri və praktik peşə təlimləri ilə, JCI xəstəxana keyfiyyət standartlarına uyğun olaraq həyata keçirilir.
Məqsədimiz; Hər zaman xəstə hüquqlarına və etik normalara hörmət edən, elmi dəlilə əsaslanan, xəstə mərkəzli baxım prinsiplərini tətbiq edən, milli və beynəlxalq sahədə qabaqcıl tibb bacılar yetişdirməkdir.
TƏLİM MÖVZULARIMIZ
Əsas Tibb Bacılığı Təcrübə Təlimləri
- Sistemli müayinə və qiymətləndirmə
- Təhlükəsiz dərman tətbiqləri
- İnyeksiya tətbiqləri
- Dərman dozası hesablamaları və maye müalicəsi
- Xəstə daşıma, qaldırma və köçürmə
- Həyati Göstərici və aldığı-verdiyi maye təqibi
- Gigiyenik xəstə baxımları
- Periferik – Sidik – Nazoqastrik kateter tətbiqləri
- Qan və qan məhsullarının təhlükəsiz transfuziyası
- Cərrahi təhlükəsizlik – Preoperativ ve postoperativ xəstə baxımı
- Drenaj nəzarəti və baxımı
- Nümunə götürmə
- Qan götürmə və əkilmə götürülmə
- Tibbi cihaz-avadanlıqdan istifadə
Tibb Bacılığı Orientasiya Təlimləri
Tibb Bacılığı Baxım Standartlarının İnkişafı Təlimləri
İnfeksiyaya Nəzarət Üsulları Təlimləri
Əsas Həyat Dəstəyi (Kardiopulmonar Reanimasiya-CPR) təlimləri
Supervayzer/ Növbə məsulu tibb bacısı təlimləri
Təcili Yardım Tibb Bacılığı Kursu
Reanimasiya Baxım Tibb Bacılığı Kursu
Əməliyyatxana Tibb Bacılığı Kursu
Klinikalar üçün İxtisasartırma Kursları