Oftalmologiya

Home / Oftalmologiya

Oftalmologiya

Bona Dea Beynəlxalq Hospitalında göz sahəsi üzrə tibbin ən müasir avadanlıqları ilə yüksək səviyyədə müxtəlif göz xəstəliklərinin diaqnostikası, müalicəsi və cərrahi əməliyyatları həyata keçirilir. Xəstəxanada yerli və Avropalı peşəkar həkimlər xəstələrə xidmət göstərir. Göz şöbəsinin avadanlıqları Avropada istehsal olunmuş ən qabaqcıl və müasir texnologiyadır.

Burada aşağıdakı göz xəstəlikləri üzrə müalicə və diaqnostika həyata keçirilir:

  • Refraktif qüsurların: miyopiya, hipermetropiya, astiqmatizmanın diaqnostikası, doğru eynək və linzaların təyini
  • Buynuz qişanın xəstəlikləri (keratokonus, buynuz qişanın infeksion xəstəlikləri, buynuz qişanın irsi xəstəlikləri, buynuz qişada olan distrofiyalar)
  • Qlaukoma (Qara su xəstəliyi)
  • Retina xəstəlikləri (Şəkərli diyabetə bağlı tor qişa patologiyaları, yüksək arteriyal təzyiqə bağlı tor qişada qansızmalar, yaşla bağlı tor qişa xəstəlikləri və s.)
  • Üveit (Revmatoloji xəstəliklərə bağlı üveitler, infeksion üveitlər və s.)
  • Çəplik (Daxili, xarici çəpliklər, vertikal çəpliklər, keçirilmiş iflic nəticəsində olan çəpliklər, qalxanabənzər vəzin patologiyaları nəticəsində meydana gələn ikigörmə şikayətləri)
  • Görmə siniri xəstəlikləri diaqnostikası və müalicəsi
  • Okuloplastika, orbita xəstəlikləri üzrə
  • Tiroid orbitopatiya xəstələrinin diaqnostikası və müalicəsi
  • Orbitanın (göz yuvasının) iltihabı xəstəliklərinin diaqnostikası və müalicəsi
  • Gözün bəd və xoşxassəli şiş xəstəliklərinin diaqnostikası və müalicəsi. Gözün onkoloji xəstəliklərinin diaqnostikası bizim xəstəxanamızda Azərbaycanda ilk dəfə olaraq fərqli olaraq həyata keçirilir.
  • Göz qapağında olan hemangiomaların takibi və müalicəsi
  • Xəstəxanamızda göz şöbəsində aşağıdakı cərrahi əməliyyatlar icra olunur:
  • Katarakt (Mirvari suyu) cərrahiyyəsi
  • Çəpgözlüyün cərrahiyyəsi
  • Pterigium əməliyyatı
  • Okuloplastika sahəsində icra etdiyi əməliyyatlar:
  • Göz yaşı yollarında olan tıxanmaların cərrahiyəsi
  • DSR (Dakriosistorinostomiya)
  • Yenidoğulmuşlarda göz yaşı kanal tıxanması (Probing)
  • Punktum (göz yaşı dəliyi) patologiyalarının cərrahi müalicəsi
  • Göz yaşı kanallarının kəsilməsi zamanı rekonstruksiyon (yəni göz yaşı kanalının yenidən bərpa olunması)
  • Anadangəlmə göz almasının olmaması (anoftalmiya), bəzən də kiçik olması (mikroftalmiya) ilə doğulan uşaqlarda üz inkişafını təmin etmək üçün göz yuvasına konformer taxılması və ya cərrahi əməliyyatlarla göz yuvasının böyüdülməsi
  • Ektropion – göz qapağının daxilə doğru çevrilməsi
  • Entropion – göz qapağının xaricə doğru çevrilməsi
  • Üst və alt qapağın xoşxassəli və bədxassəli şişlərinin əməliyyatı, rekonstruksiyası
  • Oriblefaron – qapaqların vertikal qısalması və horizontal daha geniş olması
  • Epiblefaron – alt göz qapağının iç tərəfinin uşaqlarda daxilə doğru çevrilməsi
  • Göz almasının alınması (evisserasyon, enukleasyon). Bəzən bədxassəli şişlərdə travma sonrası göz estetik olaraq xəstəni narahat edərsə və ya bunun kimi digər hallarda həyata keçirilir. Əməliyyatdan bir müddət sonra isə xəstədə estetik görünümündə razı qalacağı göz protezləri hazırlanır.

Our Professional Team

Awesome Doctors for Medical and Health

Contact Us

WhatsApp chat