Ortopediya və Travmatologiya

Home / Ortopediya və Travmatologiya

Ortopediya və Travmatologiya

Travmatologiya və Ortopediya son illərdə texnoloji və elmi inkişaf nəticəsində ən sürətlə irəliləyən, dəyişən və əhatəsini genişləndirən tibbi sahələrdən biridir. Bona Dea Beynəlxalq Hospitalda Ortopediya və Travmatologiya bölümü dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsində ən müasir tibbi avadanlıqlarla və beynəlxalq təcrübəyə malik həkimlərlə xidmətinizdədir.

  • Bazu oynağı cərrahiyyəsi (adəti bazu oynağı çıxıqlarında artroskopik Bankart təmiri, artroskopik rotator cuff əməliyyatları, SLAP təmiri, bazu oynağının endoprotezləşməsi)
  • Dizdə çoxlu və izolə bağ yaralanmalarında artroskopik rekonstruksionları
  • Dizdə artroskopik meniskektomiya (bərpası mümkün olmayan menisklərin artroskopik üsulla çıxarılması)
  • Artroskopik menisk yırtıqların bərpası
  • Artroskopik oynaqdaxili yad cisimlərin çıxarılması və bağların təmiri
  • Artroskopik osteonekrozların (oynaq qığırdağı zədələnmələri) təmizlənməsi və qığırdaq köçürülməsi
  • Topuq və dirsək oynaqlarının artroskopiyası
  • Ağır və fəsadlaşmış sınıqların qapalı-malinvaziv və açıq üsullarla cərrahi müalicəsi
  • Metal lövhə, qapalı intramedulyar sistem və xaricdən fiksatorlarla osteosintez (sümük tamlığının bərpası) üsulları
  • Osteoporozun (sümük kütləsinin azalması) diaqnostika və müalicəsi
  • Artrozların (oynaqların duzlaşması) konservativ və cərrahi müalicəsi
  • Oynaqların (bud-çanaq, diz, çiyin, dirsək) endoprotezlərlə (süni oynaqlarla) əvəz edilməsi
  • Əl cərrahiyyəsi
  • Bərpaedici vətər və sinir əməliyyatları
  • Ətraflarda kəsilmiş hissələrin bərpası
  • Müxtəlif lokalizasiyalı sümük şişlərinin radikal çıxarılması
  • Uşaqlarda rast gəlinən travmatoloji və ortopedik problemlərin konservativ və cərrahi üsullarla müalicəsi.
  • Uşaqlarda anadangəlmə bud-çanaq oynağı çıxıqlarının konservativ və cərrahi üsullarla müalicəsi
  • Ətraflarda deformasiya və qüsurların cərrahi müalicəsi

Our Professional Team

Awesome Doctors for Medical and Health

Contact Us

WhatsApp chat