Pediatriya və Neonatologiya

Home / Pediatriya və Neonatologiya

Pediatriya və Neonatologiya

Bizim Pediatriya şöbəmiz Uşaq poliklinkaları və Neonatologiya bölməsindən ibarətdir.

Uşaq poliklinikaları azyaşlı xəstələrimizin özlərini rahat hiss etmələri üçün xüsusi diqqətlə yaradılmış və təchiz edilmişdir. Bizim ixtisaslaşdırılmış peşəkar komandamız uşaqlara yüksək keyfiyyətli qayğı göstərilməsini və özlərini evlərindəki kimi rahat və güvəndə hiss etmələrini təmin edir.

Uşaq poliklinikasında göstərilən xidmətlər:

  • Yenidoğulmuş körpələrin təqibi (xüsusi kartda boy, çəki, baş çevrənin təqibi)
  • Pediatrik check-up
  • Peyvəndlərin vurulması (yaşa uyğun)
  • Tənəffüs sistemi xəstəlikləri (astma, bronxit, yuxarı və aşağı tənəffüs yolu infeksiyaları və s.)
  • Həzm sistemi xəstəlikləri (qəbzlik, ishal, qarın ağrısı, qastroezofagial reflüks, iştahsızlıq)
  • Sidik sistemi xəstəlikləri (sidik yolu və sidik kisəsi infeksiyaları və s.)
  • Qan sistemi xəstəlikləri (qan azlığı-anemiya)
  • Allergiya və infeksiyalar (allergik astma, allergik rinit, uşaqlarda qurd xəstəlikləri, viral və bakteriyal infeksiyalar və s.)
  • Maddələr mübadiləsinin anadangəlmə pozulması diaqnostikası və müalicəsi
  • Sinir sistemi xəstəlikləri
  • Ürək-damar sistemi xəstəlikləri
  • Endokrin sistemi xəstəlikləri (boy qısalığı, artıq çəki, qalxanabənzər vəz xəstəlikləri)

Neonatologiya bölməmiz 2 hissədən ibarətdir:

  • Yenidoğulmuşların fizioloji bölməsi
  • Yenidoğulmuşların reanimasiyası

Yenidoğulmuşların fizioloji bölməsində yenidoğulmuşların ilk müayinəsi, doğumdan sonrakı vaksinasiya, əmizdirmə təlimi, kontrol müayinə və təqiblər xidməti göstərilməkdədir.

Yenidoğulmuşların reanimasiyası yenidoğulmuşların vəziyyəti və müalicəsi üçün ən müasir avadanlıqlarla tam təchiz edilmişdir.

Neonatoloji reanimasiya şöbəmizdə ümumdünya səhiyyə standartlarına uyğun son yeniliklərlə xidmət göstərməkdədir. 

Our Professional Team

Awesome Doctors for Medical and Health

Contact Us

    WhatsApp chat