Əczaçılıq (Aptek)

Home / Əczaçılıq (Aptek)

Əczaçılıq (Aptek)

Bizim Aptek və əczaçılıq üzrə ixtisaslaşdırılmış mütəxəssislərimiz dərman təhlükəsizliyinin yüksək standartlarına əsasən 7/24 fasiləsiz kliniki əczaçılıq xidmətini təklif edir.  Bizim xəstəxana Azərbaycanda dərman idarəetməsi üzrə qapalı sistemi tətbiq edən ilk xəstəxanadır. Bu o deməkdir ki, xəstələrə dərman yazılmasından, dərman qəbuluna qədər, bütün mərhələlər nəzarət altında saxlanılır və onlara zəmanət verilir. Düzgün dərmanın düzgün xəstəyə düzgün vaxtda təyin edilməsinə zəmanət vermək üçün dərman idarəetməsi üzrə qapalı sistem beş mərhələdən ibarətdir:  

  • Bütün dərmanlar elektron-reseptdən istifadə edərək, həkimin cavabdehliyi altında təyin edilməlidir;
  • Əczaçı, proqram təminatının dəstəyi ilə dərmanların əks göstərişlərini yoxlayacaq;
  • Tamamilə avtomatlaşdırılmış dərman qablaşdıran avadanlıq təyin edilmiş dərmanları steril standart dozada qablaşdıracaq;
  • Dərmanlar qapalı və nəzarət edilən Avtomatlaşdırılmış Paylanma Kabinetlərində paylaşdırılacaq;
  • Xəstəyə dərmanları verməzdən əvvəl tibb bacısı xəstənin biləyindəki birkanın və dərmanın üzərindəki QR-kodunu (iki ölçülü ştrixkod) yoxlayacaq. 

Ümumilikdə, bizim Aptek aşağıdakı xidmətləri təklif edir:

  • Dərman vasitələrinin saxlanılması
  • Dərman vasitələrinin paylanılması
  • Dərmanların hazırlanması: Lazım olduqda, bizim əczaçılar xəstələr üçün xüsusi sifarişlə dərmanlar hazırlaya bilər. Misal olaraq, xərçəng xəstəliyinin müalicəsi üçün məhz xəstə qəbul etməzdən əvvəl hazırlanmalı olan məlhəmləri və ya onkoloji dərmanları göstərmək olar.  Bu dərmanlar xüsusi steril şəraitdə, “Izolyator”lu kabinetlərdə hazırlanır. Əlavə olaraq, bizim steril dərmanların (məsələn, morfin nasosu üçün inyeksiyalar, göz damcıları və.s.) hazırlanması üçün ayrıca laminar hava axını (LAF) kabinetimiz var. Eləcə də bizim standart dərman qablaşdırması üçün avtomatlaşdırılmış qablaşdırma və paylaşdırılma sistemimiz var. Bu MDB regionunda ilk dəfə tətbiq olunur. Bu metod bütün dərmanların orijinal qablaşdırmadan standart qablaşdırmaya vahid doz şəklində, steril şəraitdə keçirilməsinə və xəstənin adı, təsviri, verilmə tarixi, və s.-nin yazılmasına və tam nəzarət altında saxlanılmasına icazə və zəmanət verir. Bütün bunlar dərman təhlükəsizliyinin ən yüksək standartlarına uyğun olaraq həyata keçirilir.   
  • Keyfiyyətə dəstək: Bizim Aptek bir necə dəstəkləyici xidmətləri yerinə yetirir:
    • Mərkəzi sterilizasiya prosesinin keyfiyyətinə dair məsləhətlər və köməklik;
    • Xəstəxana gigiyenası üzrə komissiyalarda, tibbi materiallar üzrə komissiyalarda və əczaçılıq üzrə komissiyalarda fəal iştirak;
    • Dərmanlarla əlaqəsi olan şəxslərin (həkimlər, tibb bacıları, yükdaşıyanlar və s.) təlimatlandırılmasında və nəzarətində fəal iştirak. 

Our Professional Team

Awesome Doctors for Medical and Health

Contact Us

Lorem ipsum dolor sit amet, consectetuм adipiscing elit

 

WhatsApp chat