Fizioterapiya və Reabilitasiya

Home / Fizioterapiya və Reabilitasiya

 

Fizioterapiya və Tibbi Bərpa (Reabilitasiya)

Fizioterapiya və Tibbi Bərpa (Reabilitasiya) şöbəsinin məqsədi xəstəliklər və ya pozuntular nəticəsində funksional məhdudiyyətləri olan xəstələrin funksional qabiliyyətlərinin və həyat keyfiyyətlərinin yaxşılaşdırılması və bərpasıdır. Fizioterapevtlər, əmək terapevtləri, nitq və dil terapevtləri, reabilitasiya üzrə tibb bacıları, kliniki psixoloqlar və dietoloqlarla birgə hər bir xəstəmiz üçün fərdi müalicə planı hazırlayırıq.

Biz aşağıdakı xidmətləri təklif edirik:

  • Kardiopulmonar reabilitasiya
    • Kardiopulmonar reabilitasiya (KR) ürək xəstəliyi olan və ya son zamanlarda ürək əməliyyatları keçirən xəstələrdə fiziki funksiyanın optimallaşdırılması ilə məşğul olan reabilitasiya və ya fiziki terapiyanın bir sahəsidir.
  • Döş qəfəsi fizioterapiyası və kardiopulmonar baxım
    • Ürək-tənəffüs fizioterapiyası ağciyər ifrazatlarını təmizlənmək, ağciyərin kollaps sahələrini yaxşılaşdırmaq, yaxud da qarşısını almaq və nəfəsalma səylərini azaltmağa kömək etmək məqsədi daşıyır. Kəskin tənəffüs çatışmazlığı olan və ya əməliyyatdan sonra xüsusilə ventilyasiya tələb olunan reanimasiyadakı uşaqlar üçün faydalı ola bilər.
  • Funksional qabiliyyətin qiymətləndirilməsi
    • Funksional qabiliyyət qiymətləndirilməsi (FQQ) qiymətləndirilən şəxsin müxtəlif şəraitlərdə, ən çox məşğulluq şəraitində obyektiv fəaliyyət göstərmək qabiliyyətini müəyyən etmək üçün birləşdirilmiş testlər, təcrübələr və müşahidələrdən ibarətdir.
  • Döş xərçəngi olan qadınların limfödem baxımı
    • Limfödem üçün tövsiyə olunan müalicə dekongestant limfa terapiyasıdır (DLT). DLT limfödem üçün müalicə deyil, ancaq simptomlara nəzarət etməyə kömək edə bilər. Bunun zaman və güc almasına baxmayaraq, müalicə limfödemi nəzarətə almaq üçün istifadə edilir.
  • Yuxarı və aşağı ətrafların dayaq-hərəkət reabilitasiyası
    • Dayaq-hərəkət sistemi pozuqluqları sinirlərə, vətərlərə, əzələlərə və belinizdəki disklər kimi dəstəkləyici quruluşlara təsir edən amillərdir. Bu, toxumaların bir və ya bir neçəsinin normadan daha çox işləmək məcburiyyətində qalmalarından irəli gəlir.
  • Nevroloji reabilitasiya
    • Nevroloji reabilitasiya xəstəlik, zədələnmə və ya sinir sistemi pozuqluqları olan insanlar üçün həkim nəzarəti altında tərtib edilmiş proqramdır. Nevroloji reabilitasiya funksiyanı yaxşılaşdıra, simptomları azalda və xəstənin rifahını yaxşılaşdıra bilər.
  • Osteoporoz məşq proqramı
    • Məşq sümük gücünün yaranmasında və qorunub saxlanmasında mühüm rol oynayır. Sümüklər eynilə əzələlər kimi sıxıldıqda, başqa sözlə, normadan daha çox çəki götürməyə məcbur olduqda bu vəziyyətə reaksiya verir. Bu, çəki qaldırma və ya zərbə məşqləri ilə əldə oluna bilər.
  • Doğumdan sonrakı (postnatal) reabilitasiya
    • Postnatal reabilitasiya yeni anaların hamiləlik və doğuşdan sonra effektiv şəkildə bərpa olunmasını təmin edir. Qadın sağlamlığı üzrə ixtisaslaşmış terapevtlərimiz tərəfindən həyata keçirilən postnatal reabilitasiya analara ailələri ilə birlikdə xoşbəxt və sağlam həyat tərzinə qayıtmağa imkan verir.
  • Prenatal məşq proqramı
    • Araşdırmalar göstərir ki, məşqlər, həqiqətən, doğuş, qeysəriyyə əməliyyatı, erkən doğuş, preeklampsiya, gestasion şəkərli diabet və həddindən artıq kökəlmə riskini azaltmağa kömək edə bilər. Bu prosesin necə olduğu hələ tam olaraq başa düşülməsə də, Şərqi Karolina Universitetinin məşq üzrə araşdırmaçısı fəlsəfə doktoru Linda May bildirir ki, bu, müəyyən hormonların sərbəst buraxılması ilə yanaşı, məşqlə bağlı iltihab əleyhinə və antioksidant amillərin kombinasiyası da ola bilər.
  • Spinal reabilitasiya
    • Onurğa beyni zədələnməsi (OBZ) onurğa beyni foramen maqnumdan (böyük dəlikdən) kauda equinaya qədər kompulsiya, insiziya və ya kontuziya nəticəsində meydana gələn zədədir. Dünyada onurğa beyni zədələnmələrinin ən əsas səbəbləri yol qəzaları, güllə yaraları, bıçaq xəsarətləri, yıxılma və idman xəsarətləridir. Funksional vəziyyət və zədənin tam və ya qismən olması, habelə zədənin səviyyəsi arasında güclü bir əlaqə var. Onurğa beyni zədələnmələri yalnız sərbəst və fiziki funksiyaya zərər vermir, həmçinin zədələnmədən irəli gələn bir çox ağırlaşmalar da bura daxildir. Neyrogenik sidik kisəsi və bağırsaq, sidik yollarının infeksiyası, təzyiq xoraları, ortostatik hipotenziya, qırıqlar, dərin vena trombozu, spastiklik, avtonom disrefleksiya, ağciyər və ürək-damar problemləri, depressiv pozuntular onurğa beyni zədələnməsindən sonra ən çox ortaya çıxan ağırlaşmalardır. OBZ xəstələrdə əmək qabiliyyəti itkisi ilə nəticələnən ciddi əlilliyə səbəb olur, bu da öz növbəsində psixososial ve ekonomik problemlərə gətirib çıxarır. OBZ-də müalicə və reabilitasiya müddəti uzun, bahalı və yorucu olur. İstər tam, istərsə qismən olsun, OBZ reabilitasiyası xəstənin və yaxınlarının dözüm və motivasiyasını tələb edən uzun bir prosesdir. Erkən reabilitasiya oynaq kontrakturaların və əzələ gücünün itirilməsinin qarşısının alınması, sümük sıxlığının qorunması, həmçinin tənəffüs və həzm sisteminin normal fəaliyyətinin təmin edilməsi baxımından vacibdir. Digər reabilitasiya növlərində olduğu kimi, OBZ-nin reabilitasiyasında kompeks yanaşma vacibdir.Komandaya bir fizioterapevt rəhbərlik edir və xəstə yaxınları, fizioterapevt, əmək terapevti, dietoloq, psixoloq, loqoped, sosial işçi və zəruri hallarda digər məsləhətçi mütəxəssislərdən ibarət olur.
  • İdman zədələrinin qarşısının alınması və reabilitasiyası
    • Hər il təxminən iki milyon insan idmanla əlaqədar xəsarət alır və təcili yardım şöbələrində müalicə alır. Yorğunluq bir çox idman zədələnməsinə səbəb olan əsas amildir. Elə vaxtlar vardır ki, idmançının az enerji ilə iştirak etməsi onun texnika və formasının pisləşməsinə gətirib çıxarır, bu da öz növbəsində daha yavaş reaksiya müddəti, əzələ oynaqlarının sabitliyində itki və zədənin yaranmasına səbəb olur. Hər iki cinsdə burxunma/dartınma nəticəsində ən çox zədələnən sahələr diz və bilək olur. Patellofemoral artikulyasiya ilə bağlı zədələnmələr qadınlar arasında daha tez-tez baş verir. Ən yüksək zədələnmə dərəcəsi olan idman növü futboldur, burada zədələnmə sayı ən çox yayılmış idman növündə görülən xəsarət sayından 12 qat daha çoxdur.
  • Manual therapiya
    • Manual terapiya və ya manipulyativ terapiya, əsasən, fiziki terapevtlər, fizioterapevtlər tərəfindən dayaq-hərəkət ağrısı və əlilliyi müalicə etmək üçün istifadə olunan fiziki müalicədir; buraya ən çox əzələlərin yoğurulması və manipulyasiyası, oynaqların mobilizasiyası və ya manipulyasiyası və ya manipulyativ terapiya daxildir.
  • Quru iynələmə
    • Quru iynələmə incə iynə və ya akupunktura iynəsinin dəri və əzələ içərisinə daxil edildiyi invaziv prosedurdur. Miyofasiyal triqqer nöqtələri skelet əzələsində daha çox həssas yerlər kimi təsvir olunur. Onlar əzələ liflərinin dartılmış bağlarında hiss olunan düyünlərlə əlaqədardır.
  • Kinezio-teypinq
    • Kinezio-teypinq metodu bədənin təbii sağalma prosesini asanlaşdırmaq üçün hazırlanmış lentlə bağlanan dəqiq reabilitasiya üsuludur, bu, bədənin hərəkət dairəsini məhdudlaşdırmadan əzələlərə və oynaqlara dəstək və sabitlik təmin edir, eləcə də klinik şəraitdə tətbiq olunan əl terapiyasının faydalarını uzatmaq üçün genişləndirilmiş yumşaq toxuma manipulyasiyasını təmin edir.
  • Triqqer nöqtələrinin terapiyası
    • Triqqer nöqtəsinin terapiyası alternativ bir terapiyadır, bunun faydaları triqqer nöqtələrinin aşkarlanması və relaksasiya edilməsidir. Skelet əzələsində yerləşən triqqer nöqtələri sıxılanda ağrı verir. Əksər hallarda triqqer nöqtələri əzələ liflərinin aldığı travma nəticəsində yaranır.
  • Parafin Vannası
    • Ərimiş parafin vannasından istifadə olunan parafin terapiyası birləşdirici toxumaların isidilməsi ilə hərəkətliliyi artırmaq məqsədilə istilik tətbiq etməyin ən səmərəli yollarından biridir. Parafin terapiyası, əsasən, əllərinizə tətbiq olunur və əl terapevtləri tərəfindən xəstəxana mühitində məşq proqramı ilə birlikdə həyata keçirilir. Xüsusilə, parafin vannalarının harada satın alınması barədə məsləhət ala bilərsiniz.Parafin vanna terapiyasının məqsədləri ağrını kəsmək və rahatlığı təmin etmək, əzələlərin rahatlamasına kömək etmək və sərtliyi aradan qaldırmaq və məşqdən əvvəl hərəkəti yaxşılaşdırmaq.
  • Geriatrik reabilitasiya
    • Geriatrik reabilitasiyada vacib olan ünsiyyətdir, eləcə də görmə və eşitmə ilə əlaqəli olan hər hansı hissiyyat pozuqluğunun aradan qaldırılmasıdır. Yıxılma və osteoporozun qarşısının alınması xəstənin sağlamlığını qoruya və uzunömürlü yaşamasına kömək edə bilər.

Our Professional Team

Awesome Doctors for Medical and Health

Contact Us

 

WhatsApp chat