Dr. Samirə Tağıyeva

Ginekoloq

Dr. Samirə Tağıyeva

Tibb Elimlər Doktoru, Cərrah, Mama – Ginekoloq

1998-ci ildə ATU-ni bitirib.

1998 – Azərbaycan Neyrocərrahiyyə Mərkəzi – Xasiev A. rəhbərliyi altında anestezioloq-reanimatoloq ixtisası üzrə internatura.

1998-2001 – Diplom sonrası təhsil üzrə Tibb Akademiyası, mama-ginekoloq ixtisası üzrə klinik rezidentura, Sankt-Peterburq, Rusiya.

S. M. Kirov, adına Hərbi Tibb Akademiyası, t.e.d., Professor V.N. Kustarov və t.e.d., A.A. Yakovlev (2001-2004) rəhbərliyi altında aspirantura. Dissertasiyanın mövzusu: “HİV-ə yoluxmuş qadınlarda hamiləlik, doğuş, doğuşdan sonrakı dövrün gedişatı və yeni doğulmuş uşaqların vəziyyəti”.

2004 – Mamalıq-Ginekologiya və Yoluxucu Xəstəliklər sahəsində dissertasiya müdafiəsi, Sankt-Peterburq, Rusiya.

2001 – Diplom sonrası təhsil üzrə Tibb Akademiyası, ixtisaslaşma kursu – Mamalıq və ginekologiyada endokrin patologiya, Sankt-Peterburq, Rusiya.

2002 – Diplom sonrası təhsil üzrə Tibb Akademiyası, ixtisaslaşma kursu – Ultrasəs diaqnostikası. Diplom sonrası təhsil üzrə Sankt-Peterburq Tibb Akademiyası nəzdində imtahan və attestasiya komissiyasının qərarı ilə ultrasəs diaqnostikası ixtisası verilmişdir, Sankt-Peterburq, Rusiya.

2002 – Diplom sonrası təhsil üzrə Tibb Akademiyası, ixtisaslaşma kursu – Serviks və vaginanın patologiyası, Sankt-Peterburq, Rusiya.

2002 – Diplom sonrası təhsil üzrə Tibb Akademiyası, ixtisaslaşma kursu – t.e.d., B. L. Tsyvyan nəzarəti altında qarın boşluğu orqanlarının laparoskopik cərrahiyyəsi, Sankt-Peterburq, Rusiya.

2004 – Diplom sonrası təhsil üzrə Tibb Akademiyası, ixtisaslaşma kursu – Klinik Onkologiya. Diplom sonrası təhsil üzrə Sankt-Peterburq Tibb Akademiyası nəzdində imtahan və attestasiya komissiyasının qərarı ilə onkologiyaa ixtisası verilmişdir, Sankt-Peterburq, Rusiya.

2006 – Akademik İ.P. Pavlov adına Peşə Təhsili Üzrə Dövlət Ali Təhsil Müəssisəsi Dövlət Tibb Universiteti, ixtisaslaşma kursu – Ginekologiyada lazer texnologiyası, Sankt-Peterburq, Rusiya.

2006 – Rus-fin klinikası AVA-PETER, praktiki kurs – Köməkçi Reproduktiv Texnologiyalar (IVF), Sankt-Peterburq, Rusiya.

2006 – Rusiya Dövlət Tibb Universitetinin pediatriya fakültəsinin mamalıq- ginekologiya kafedrası, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor Q. M. Savelyeva, praktiki kurs – T.e.d., professor S.V. Ştyrov rəhbərliyi altında ginekologiyada laparoskopiya., Moskva, Rusiya.

2006 – 2008-ci illər, “Frauenklinik Dr. Geisenhofer” Klinikası, praktiki kurs – tibb doktoru Dr. Bernd Lezonun rəhbərliyi altında ginekologiyada laparoskopiya, Münhen, Almaniya

2007 – A.R.T. Center Bogenhausen G.m.b.H, köməkçi reproduktiv texnologiyalar (IVF), andrologiya kursu ilə birlikdə ginekologiyada endokrinologiyaya (Prinzregentenstrasse 69-81675 München), professor Dieter Berg və tibb doktoru Bernd Lezon rəhbərliyi altında praktiki kurs, Münhen, Almaniya.

2008 – Baltik İnsan Reproduktologiyası İnstitutu, t.e.d., Professor A. İ. Nikitin rəhbərliyi altında “Sonsuzluğun köməkçi çoxalma üsulları ilə müalicəsi” proqramı üzrə nəzəri və praktiki təlim kursu, Sestroretsk, Rusiya.

2009 – Ali Attestasiya Komissiyası tərəfindən tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir, Bakı, Azərbaycan.

2011 – Perinatal Tibb Mərkəzi, prenatal diaqnostika şöbəsi (xorion biopsiya, amniosintez, kordosintez), V.A. Qnetetskayanın rəhbərliyi ilə praktiki kurs

18 il iş təcrübəsi, Leyla Şıxlinskayanın klinikasında 2004-2015-ci illərdə mamalıq və ginekologiya şöbəsinin müdiri, 2015 -2016-cı illərdə Bakı Medical Plaza Klinikasında, 2016-2018-ci illərdə Oksigen klinikasının baş həkim müavini, 2018-ci ildən Leyla Şıxlinskaya klinikasının baş həkimi

Mama-ginekoloqların konfranslarında, konqreslərdə, simpoziumlarda iştirak edir, məruzələrlə çıxış edir, 34-dən çox elmi-praktiki məqalə mətbuatda dərc olunub.

Hər cür ginekoloji (laparotomiya, laparoskopiya) və mamalıq əməliyyatları, prenatal invaziv diaqnostika, süni mayalandırma, habelə lazer cərrahiyyəsində təcrübəlidir.

WhatsApp chat