Radiologiya

Home / Radiologiya

Radiologiya Şöbəsi

Bona Dea Beynəxalq xəstəxanasının Radiologiya şöbəsi müasir standartlara cavab verən, tamamilə modern digital texnologiya ilə təchiz olunmuş cihazlarla və ölkə xaricində təhsil almış Radiologiya üzrə həkim mütəxəssislərdən, radiologiya texniklərindən, tibbi sekretarlardan təşkil olunan böyük komanda ilə xidmət göstərir.Xəstəxanamızda günün 24 saatı diaqnostik radiologiyanın bütün sahələri (baş-boyun və onurğa, döş qəfəsi, qarın boşluğu, sümük-əzələ sistemi, süd vəzi, urogenital radiologiya) üzrə xidmət göstərilir. Digər şöbələrlə sıx əlaqədə və multidissiplinar yanaşma ilə hər pasient klinik-laborator parametrlərlə birlikdə özəl dəyərləndirilir. Bundan başqa söbədə yüksək rezolusiyalı diaqnostik monitorlarla təchiz olunmuş PACS (Picture Archiving and Communication System) otağı mövcuddur. Həyata keçirilən bütün diaqnostik müayinələr PACS-a (görüntülərin arxivlənməsi və kommunikasiya sisteminə) göndərilir, görüntülər analiz edilərək nəticələr yazılır. Müayinədən qısa müddət sonra görüntülər klinik həkimlər tərəfindən öz komputerlərində görülür. 

Şöbədə aşağıdakı cihazlar mövcuddur:

Our Professional Team

Contact Us

     

     

    WhatsApp chat