Randevu

Müalicənizdə iştirak etməyinizin bir çox üstünlükləri var. Həkiminiz, tibb bacısı və digər tibbi personal sizin iştirakınızı xoş qarşılayacaqlar.

Bona Dea Beynəlxalq Hospitalda xəstələrə yaxınları tərəfindən mənəvi  dəstək almaq üçün 18.00-20.00 arası açıq ziyarət saatları tətbiq olunur. Xəstə və ya onun tərəfindən seçilən nümayəndə xəstənin yanına kimin və nə zaman ziyarət edəcəyinə qərar verir.

Bona Dea Beynəlxalq Hospitalda xəstələr və xəstə ziyarətçilərinin rahatlığı üçün tikinti lahiyəsində avtodayanacaq yeri ayrılmışdır. Biz xəstəxananın bütün avtodayanacaq yerləri üçün ödənişsiz xidmət təklif edirik. Bu xidmətimiz həftə sonları və bayramlar da daxil olmaqla hər gün 24 saat fəaliyyət göstərir.

Müsəlman və qeyri-müsəlman insanların mənəvi dəyərlərinə hörmət və diqqət əlaməti olaraq xəstəxanamızda ibadət otağı da mövcuddur. Bu otaqlar xəstələr, ziyarətçilər və heyətin istifadə üçün açıqdır.

Xəstələr və xəstə ziyarətçiləri xəstəxanada Wi-Fi xidmətindən pulsuz istifadə edə biləcəklər.

Randevu

Randevudan əvvəl

Həkimə müraciət etməmişdən əvvəl aşağıdakı hazırlıqları görməyiniz sizin üçün faydalı olar.

  1. Randevudan əvvəl aşağıdakı sənədləri toplayın:
    1. Sağlamlığınızla bağlı istənilən analizlərin, rentgenlərin və ya tibbi çıxarışların nüsxəsi
    2. Gündəlik olaraq qəbul etdiyiniz dərmanların və bitki mənşəli preparatların siyahısı
  2. Pəhrizinizi və ya dərman məhdudiyyətləri haqqında həkiminizin xüsusi göstərişlərini nəzərdən keçirin.
  3. Əgər lazımdırsa, dostlarınızdan və ya qohumlarınızdan sizi müşayiət etməsini istəyin. Randevu növündən aslı olaraq kiminsə sizi evə aparmasına ehtiyac ola bilər.

Randevu müddətində

Randevunuzdan ən yaxşı faydalanmaq üçün həkiminizə sağlamlığınızla bağlı bütün sualarınızı və ya narahatlığınızı bildirin.

Randevudan sonra

  • Əgər başqa həkimlə görüşməyinizə ehtiyac varsa, biz mövcud olan ən qısa zamanda sizin üçün əlavə analizlər və konsultasiya təşkil etməyə cəhd edəcəyik.
  • Əgər xəstəxanada qalmağınız lazımdırsa, hospitalizasiya hazırlıqlarına istiqamət verəcəyik və lazımi bütün məlumatlarla sizi təmin edəcəyik.

Hospitalizasiya

Xəstəxanada qalmaqla bağlı özünüzü narahat hiss etməyiniz normaldır. Bilin ki, siz yalnız deyilsiniz. Bütün səhiyyə komandamız sizin təhlükəsizliyiniz və rifahınız üçün əlindən gələni etməyə hazırdır.

Ailəm və dostlarım nə zaman ziyarət edə bilərlər?

Bona Dea Beynəlxalq Hospitalı saat 18:00 – 20:00 radələri arasında ziyarət imkanı yaradıb. Lakin ehtiyac olduqca ziyarət zamanında istisnalar ola bilər.

Qeyd: Sizin rahatlıq və təhlükəsizliyiniz üçün xəstə otaqları xüsusi seyflərlə təchiz edilmişdir. Lazım olanda şəxsi əşyalarınızı orada mühafizə edə bilərsiniz.

bona dea

Niyə Bona Dea Beynəlxalq Hospitalını seçmək lazımdır?

Xəstəxanamızın ən böyük üstünlüyü investorlarımızın Xəzər regionunda güclü, yepyeni və bənzərsiz konsepsiya həyata keçirmək istəyidir: Qərbin, Avropanın xəstəyə baxım keyfiyyətinə əsaslanan xəstəxana. Bu o deməkdir ki, Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını təklif etmək xəstəxanamızın əsas məqsədidir. Avropa Birliyi daxilində bir çox avropalı tibbi, orta tibbi və idarə heyəti ilə çalışaraq, eləcə də əsas tibbi müəssisələrlə əməkdaşlıq edərək bu məqsədə çatmağı hədəfləyirik.

Axtar

WhatsApp chat