Sağlamlıq & Təhlükəsizlik məsləhətləri

Müalicənizdə iştirak etməyinizin bir çox üstünlükləri var. Həkiminiz, tibb bacısı və digər tibbi personal sizin iştirakınızı xoş qarşılayacaqlar.
Bona Dea Beynəlxalq Hospitalda xəstələrə yaxınları tərəfindən mənəvi  dəstək almaq üçün 18.00-20.00 arası açıq ziyarət saatları tətbiq olunur. Xəstə və ya onun tərəfindən seçilən nümayəndə xəstənin yanına kimin və nə zaman ziyarət edəcəyinə qərar verir.
Bona Dea Beynəlxalq Hospitalda xəstələr və xəstə ziyarətçilərinin rahatlığı üçün tikinti lahiyəsində avtodayanacaq yeri ayrılmışdır. Biz xəstəxananın bütün avtodayanacaq yerləri üçün ödənişsiz xidmət təklif edirik. Bu xidmətimiz həftə sonları və bayramlar da daxil olmaqla hər gün 24 saat fəaliyyət göstərir.
Müsəlman və qeyri-müsəlman insanların mənəvi dəyərlərinə hörmət və diqqət əlaməti olaraq xəstəxanamızda ibadət otağı da mövcuddur. Bu otaqlar xəstələr, ziyarətçilər və heyətin istifadə üçün açıqdır.
Xəstələr və xəstə ziyarətçiləri xəstəxanada Wi-Fi xidmətindən pulsuz istifadə edə biləcəklər.

Sağlamlıq & Təhlükəsizlik məsləhətləri

Xəstələr müalicələrində və təhlükəsizlik məsələlərində necə aktiv iştirak edə bilərlər?
Müalicənizdə iştirak etməyinizin bir çox üstünlükləri var. Həkiminiz, tibb bacısı və digər tibbi personal sizin iştirakınızı xoş qarşılayacaqlar. Sağlamlığınız və təhlükəsizliyinizlə bağlı aşağıda sizə və ailənizə faydalı olan bəzi məlumatlar var.

Məsləhət #1: Müalicə prosesində özünüz iştirak edin.

  • Müalicənizlə bağlı verilən bütün qərarlarda iştirak edin.
  • Xüsusi tibbi yardım ehtiyaclarınız haqqında xəbər verin
  • Əgər həkimə gedərkən çox xəstəsinizsə, yaxud da çox gərgin hiss edirsinizə, ailə üzvünüzdən və ya dostunuzdan sizi müşayiət etməsini istəyin.
  • Unutmayın ki, siz hər zaman bizim əsas diqqət mərkəzimizdəsiniz.

Məsləhət #2: Əgər hər hansı sualınız və ya narahatlığınız varsa, çəkinmədən hər şeyi açıqca bildirin.
Sizin müalicənizə cəlb olunan istənilən kimsəyə sual vermək haqqınız var. Ehtiyacınız olan bütün məlumatı əldə etdiyinizdən əmin olmaq üçün həkimə baş çəkməmişdən əvvəl soruşacağınız sualları bir yerdə qeyd edin.

Məsləhət #3: Özünüzü təqdim edin.

Səhiyyə mütəxəssisinin sizin adınızı və doğum tarixini soruşduğundan əmin olun. Əgər səhiyyə mütəxəssisinin sizi başqa insanla səhv salmasından şübhələnirsinizsə, onu bu haqda məlumatlandırmaqda tərəddüd etməyin.

Məsləhət #4: Siz bir prosedura razılıq verməmişdən əvvəl səhiyyə işçilərinin sizin haqqınızda nələr planlaşdırdığını soruşun.

Hər hansı bir proseduru planlaşdırmamışdan əvvəl səhiyyə işçiləri sizə bunun haqqında məlumat verməlidirlər.

Məsləhət #5: Həkimlərinizə qəbul etdiyiniz dərmanların siyahısını gətirin və allergiyanız varsa, bunun haqqında məlumat verin.

Bu siyahıya reseptlə qəbul edilən dərmanlar, ev müalicələri, çaylar da daxil olmaqda bitki mənşəli preparatlar, vitaminlər, arıqlama və ya kökəlmə məhsulları daxildir. Onları başqa dərmanlarla birlikdə qəbul edərkən ziyanlı ola bilər.

Hansı dərmanları qəbul etdiyinizi, onları niyə qəbul etdiyinizi və onların əks göstəricilərini bilin. Sizdə meydana gələn allergiyalar, reaksiyalar, əks göstərişlər haqqında həkiminizi məlumatlandırın. Randevu zamanı təyin edilən dərmanlar haqqında sual verməkdə rahat olun.

bona dea

Niyə Bona Dea Beynəlxalq Hospitalını seçmək lazımdır?

Xəstəxanamızın ən böyük üstünlüyü investorlarımızın Xəzər regionunda güclü, yepyeni və bənzərsiz konsepsiya həyata keçirmək istəyidir: Qərbin, Avropanın xəstəyə baxım keyfiyyətinə əsaslanan xəstəxana. Bu o deməkdir ki, Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını təklif etmək xəstəxanamızın əsas məqsədidir. Avropa Birliyi daxilində bir çox avropalı tibbi, orta tibbi və idarə heyəti ilə çalışaraq, eləcə də əsas tibbi müəssisələrlə əməkdaşlıq edərək bu məqsədə çatmağı hədəfləyirik.

Axtar

WhatsApp chat