Sterilizasiya Təlimləri

Home / Sterilizasiya Təlimləri

TƏHLÜKƏSİZLİYİNİZƏ YÜKSƏK SƏVİYYƏDƏ ÖNƏM VERİRİK

Tibbdə əsas prinsip ilk növbədə xəstəyə zərər verməməkdir.

 Mərkəzi Sterilizasiya Şöbəmiz sterilizasiya təhlükəsizliyinin təmin edilməsi və infeksiyanın yayılmasının qarşısının alınmasında böyük məsuliyyət daşıyır.

Bu prinsipin ilk addımı təhlükəsiz sterilizasiya prosesi və onun təşkilindən ibarətdir. Biz tibbi xidmət sahəsində beynəlxalq keyfiyyətin xəstələrimizin əsas hüququ olduğuna inanırıq.

Xəstəxanamız səhiyyə sektorunda yarandığı gündən etibarən infeksiyaya nəzarət üçün unikal həll yolları tapmağı və hər zaman beynəlxalq standartlarda sterilizasiya xidmətlərini təmin etməyi hədəfə almışdır.

 Mərkəzi Sterilizasiya Şöbəmiz Səhiyyə Standartlarının Beynəlxalq Akkreditasiya Komissiyasının (JCI) standartlarına uyğun xidmət göstərən, eyni zamanda göstərdiyi xidmətlərdə keyfiyyətə nəzarət sisteminin tələblərindən istifadə edən bir şöbədir.

Bundan başqa, sterilizasiya xidmətinin keyfiyyət standartları Ümumdünya Səhiyyə Təşkilatının hədəfləri, ən son beynəlxalq təkmilləşmələr, ölkə üzrə səhiyyə sisteminin ehtiyac və prioritetləri əsasında hazırlanmışdır.

Xəstəxanamızın biotibbi texnologiyalar üzrə ixtisaslaşmış təcrübəli mühəndislik qrupu şöbəmizə möhtəşəm həll ortaqlığı təklif edir.

Mühəndislər və servis texniklərindən ibarət komandamız texniki xidmət, kalibrasiya, validasiya xidmətləri göstərir və öz sektorlarında öncüllərdəndirlər.

Şöbəmiz dünyanın ən son və müasir dezinfeksiya avadanlıqları ilə təchiz olunmuşdur.

 Mərkəzi Sterilizasiya Şöbəsinin komandası şöbənin icraçı rəhbəri, tibb bacısı, epidemioloq, texniki və köməkçi heyətdən ibarətdir.

 Vəzifəmiz: Mərkəzi Sterilizasiya Şöbəsində steril ediləcək materialın sterilizasiya bölməsinə daşınması və təhvil alınması, ilkin təmizliyi və dekontaminasiyası, hazırlıq və baxım sahəsinə daşınması, sayım, baxım və nəzarəti, qablaşdırma, sterilizasiya və saxlanılması, sterilliyinin qorunmasıdır.

Bundan əlavə, hər növ tibbi material və alətlərin təlimata uyğun periodik baxımı və texniki nəzarəti də icra olunmaqdadır.

Xəstə və işçilərin təhlükəsizliyi, mövcud milli və beynəlxalq qaydalara uyğun fəaliyyət göstərilməsi, prosesin davamlı təkmilləşdirilməsi, davamlı təlim, monitorizasiya və hesabat vermə bizim vəzifəmizdir.

Şöbəmiz fasiləsiz xidmət göstərən, əməliyyatxanaya yaxın, xəstəxananın gediş-gəliş sahəsindən uzaq, materialın axın istiqaməti çirkli sahədən təmiz sahəyə, təmiz sahədən steril sahəyə doğru və birtərəfli olaraq memari standartlara uyğun şəkildə planlaşdırılan, dekontaminasiya, qablaşdırma, sterilizasiya, saxlanılma, yenidən istifadəyə hazırlanılmasını təmin edən 24/7 saat davamlı olaraq xidmət göstərən əsas dinamik bir mərkəzdir.

 Şöbə memari olaraq dünya sterilizasiya standartlarının tələblərinə uyğun inşa edilmişdir. Belə ki, döşəmələr, divarlar, tavanlar, havalandırma, işıqlandırma, dizayn, infrastruktur, quruluşu ilə beynəlxalq standartlara cavab verir. Mərkəzi Sterilizasiya Şöbəsinin havalandırması, istifadə edilən suyun keyfiyyəti dünya standartlarına uyğundur.

Xəstəxananın havalandırma və keyfiyyətli su istehsal edən sistemi yüksək səviyyədə idarə olunur və 24/7 saat fasiləsiz işləyir.

Şöbəmiz yüksək səviyyədə işgüzar etik qayda və standartlara uyğun olaraq fəaliyyət göstərmə mövzusunda qərarlıdır. İş yönümlü, komanda ruhu və uyğunluğuna sahib, fərdi inkişaf və təlimin davamlılığına inanan, habelə ixtisaslaşma yönümlü, milli və beynəlxalq səviyyədə tanınan bir mərkəzi sterilizasiya şöbəsini təsis etdiyimizə görə qürur duyuruq.

Mütəxəssislər

Tibbi və sağlamlıq üçün mükəmməl Mütəxəssislər

Subscribe to Newsletter

WhatsApp chat