Tibbi cihazların təlimi

Home / Tibbi cihazların təlimi

Tibbi cihazların təlimi

Xəstəxanada çalışan hər bir tibb personalı müvafiq şöbə üzrə tibbi avadanlıqların təyinatı, istifadə qaydaları və baxımı üzrə lazımi biliklərə malik olmalıdır. Tibbi personalın bu biliklərə yiyələnməsi məqsədi ilə xəstəxanamızda mütəmadi olaraq dünyanın ən məşhur tibbi avadanlıq şirkətlərinin sertifikatları ilə təltif olunmuş tibbi avadanlıqlar üzrə mütəxəssislərimiz tərəfindən təlimlər təşkil olunur.Təlimlərdə tibbi personala avadanlıqları etibarlı və effektiv şəkildə idarə etmənin ən uyğun yolları izah olunur

Təlim proqramları nəzəri və praktik hissələrdən ibarət olur. Cihazların hər bir hissəsinin və funksiyasının izahı, proses zamanı baş verə biləcək problemlər barədə məlumatların verilməsi və tibbi personalın bunların baş verəcəyi hallarda nə etməli olduqlarına dair təlimatlandırılması təlim proqramının vacib hissələrindən biridir.

Subscribe to Newsletter

WhatsApp chat