Urologiya

Home / Urologiya

Urologiya

Hospitalımızın Urologiya şöbəsində sidik-cinsiyyət orqanları xəstəliklərinin diaqnostikası və müalicəsi həyata keçirilir. Müasir tibbi avadanlıqlarla təmin olunmuş şöbədə yüksəkixtisaslı həkimlərimiz tərəfindən bütün növ uroloji müayinə və müalicə metodları, prosedurları, açıq və qapalı (endoskopik,laparoskopik) cərrahi əməliyyatları həyata keçirilir. Şöbədə tətbiq olunan modern müalicə metodları böyrək xəstəliklərinin müalicəsində öz yüksək effektivliyini göstərir. Urologiya şöbəsinin yüksək ixtisaslı mütəxəssisləri, müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilmiş əməliyyatxana, anesteziologiya və palatalar 7 gün 24 saat ərzində Sizin xidmətinizdədir.

Hazırda Urologiya şöbəsində uzman həkimlər tərəfindən müasir urologiyanın aşağıda göstərilən sahələri üzrə geniş şəkildə əməliyyatlar və prosedurlar aparılır:

Poliklinik Xidmətlər

*Urofloumetriya

*Sidik kisəsinin instilyasiyası (sidik kisəsinə kimyəvi maddələrin yeridilməsi)

*ESWl sidik yolları daşlarının səs dalğa litotripsiya ilə qırılması

*Sidik kanalına kateterin taxılması

*Sistostomanın qoyulması

 

ENDOUROLOGİYA

Endourologiya uroloji əməliyyatların əksər hissəni əhatə edir. Kəsiksiz sidik sistemin müayinə, diaqnostika və müalicəsini etməyə şərait yaradır. Digər cərrahi müalicə üsulları ilə müqayisədə Endouroloji üsulla aparılan əməliyyatlarla daha yüksək nəticə əldə etmək olur. Bu cür əməliyyatdan sonra xəstələr daha tez reabilitasiya olurlar və normal həyatına qayıdırlar.

  • Endoskopik internal uretrotomiya (EİU) – sidik kanalı darlıqlarının endoskopik cərrahiyyəsi
  • Perkutan Nefrolitotripsiya (PCNL) – böyrək daşlarının endoskopik cərrahiyyəsi
  • Mini Perkutan  Nefrolitotripsiya -MiniPCNL
  • Prostatın transuretal rezeksiyası (TUR-P) – prostat adenomasının endoskopik cərrahiyyəsi
  • Prostat vəzinin monopolyar TUR əməliyyatı
  • Prostatın  bipolyar TUR-si və HOLEP
  • Sistolitotripsiya – sidik kisəsi daşlarının endoskopik cərrahiyyəsi
  • Sidik kisəsi törəmələrində transuretral rezeksiya (TUR)
  • Ureterorenoskopiya (URS) və Ureterolitotripsiya (ULT)– sidik axarı daşlarının endoskopik holmium lazer cərrahiyyəsi
  • Flexible ureterorenoskopiya

 

LAPAROSKOPİK UROLOGİYA

  • Laparoskopik nefrektomiya – böyrəyin laparoskopik çıxarılması
  • Laparoskopik piyeloplastika – böyrəyin ləyən sidik axarı seqmentinin darlıqlarında rekonstruktiv əməliyyat
  • Laparoskopik ureterolitotomiya – böyük sidik axarı seqmentinin darlıqlarında laparoskopik olaraq daşın çıxarılması

 

ANDROLOJİ CƏRRAHİYYƏ

  • Kişi sonsuzluğunun ən müasir metodlarla cərrahi və konservativ müalicəsi
  • Mikroskopik varikoselektomiya
  • Penisin kosmetik və estetik əməliyyatları – penisin uzadılması, əyriliyin düzəldilməsi
  • Penis protezlərin yerləşdirmə əməliyyatı – orqanik impotensiyanın tam cərrahi müalicəsi
  • Peyroni xəstəliyində penisin toxuma autotransplantasiyası ilə rekonstruksiyası
  • Erkən boşalmalar zamanı penis  dorsal ven ligasiyası
  • Mikroskopik TESE və MESA əməliyyatının icrası
  • Penil priaprizim zamanı yardımın olunması
  • Penis qırıqlarının təmiri

 

QADIN UROLOGİYASI

  • Sidik qaçırma zamanı TOT əməliyyatının icrası
  • Sidik kisəsinə botoks inyeksiyası – neyrogen sidik kisəsində
  • Süni sfinkterin tətbiqi əməliyyatı– postprostatektomik total sidik qaçırma zamanı edilən əməliyyat

 

ÜMUMİ UROLOGİYA (açıq əməliyyatlar)

  • Açıq nefrektomiya – acıq metodla böyrəyin çıxarılması
  • Açıq prostatektomiya – böyük həcmli prostatlarda
  • Açıq ureterolitotomiya – böyük sidik axarı daşlarında açıq əməliyyat
  • Anatrofik nefrolitotomiya – mərcanvari və kompleks böyrək daşlarında açıq əməliyyat
  • Piyelolitotomiya – açıq böyrək daşı əməliyyatı
  • Sidik tənasül orqanlarının törəmələrində açıq radikal əməliyyatlar

 

UROONKOLOGİYA

  • Parsial və radikal nefrektomiya – böyrək törəmələrində böyrəyin ətrafındakı toxumalarla bərabər radikal çıxarılması
  • Radikal nefroureterektomiya – sidik axarı və böyrək ləyəni törəmələrində böyrəyin ətrafındakı toxuma və sidik axarı ilə bərabər çıxarılması
  • Radikal prostatektomiya – prostat xərçəngində prostatın və vezikula seminalislərin regional limfa düyünləri ilə bərabər radikal çıxarılması
  • Radikal sistekomiya və sidik diversiyası – invaziv sidik kisəsi törəmələrində sidik kisəsinin çıxarılması
    Sidik kisəsi törəmələrində – transuretral rezeksiya (TUR)
  • Penis şişlərində radikal penektomiya və penis rezeksiyası
  • Xaya xərçəngi zamanı radikal orxektomiya və parsiyel orxektomiya

Our Professional Team

Awesome Doctors for Medical and Health

Contact Us

    WhatsApp chat