Xəstə otağı
Xəstə otağı
Təhlükəsizlik, rahatlıq və səmərəlilik məsələlərinin təmin olunmasına xüsusi diqqət ayıraraq xəstə otaqlarını bu istiqamətdə tərtib etmişik. Xəstəxananın bütün yataq otaqlarının tikinti mərhələsi və avadanlıqların təchiz olunması JCI standartlarına uyğun olaraq həyata keçirilib. Xəstəxananın yataq otaqları tam avtomatlaşdırılmış idarəetmə sisteminə malikdir. Belə ki, audio sistem, havalandırma sistemi, işıqlandırma sistemi müasir elektron avadanlıqlar olan telefon və ya planşetlər üzərindən idarə oluna bilir. Bundan əlavə, hər otaqda yerləşdirilmiş multi-funksional monitor üzərindən otağı tərk etmədən xəstə haqqında onun xəstəxanaya daxil olduğu gündən keçdiyi bütün prosedurlar, radioloji görüntülər, laborator analizlərlə bağlı məlumatları nəzərdən keçirmək və xəstə ilə fikir mübadiləsi aparmaq imkanı var.

Niyə Bona Dea Beynəlxalq Hospitalını seçmək lazımdır?
Xəstəxanamızın ən böyük üstünlüyü investorlarımızın Xəzər regionunda güclü, yepyeni və bənzərsiz konsepsiya həyata keçirmək istəyidir: Qərbin, Avropanın xəstəyə baxım keyfiyyətinə əsaslanan xəstəxana. Bu o deməkdir ki, Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını təklif etmək xəstəxanamızın əsas məqsədidir. Avropa Birliyi daxilində bir çox avropalı tibbi, orta tibbi və idarə heyəti ilə çalışaraq, eləcə də əsas tibbi müəssisələrlə əməkdaşlıq edərək bu məqsədə çatmağı hədəfləyirik.