Xəstələr & Ziyarətçilər

Bona Dea Beynəlxalq Hospitalına ziyarət etməmişdən əvvəl, sonra və ziyarət müddətində sizə kömək etməyə hazırıq. Səfərinizin mümkün olduqca xoş və rahat keçməsi üçün hər şeyi burada tapa bilərsiniz.

Zəng et 901

Bona dea

Xəstələr

Bona Dea Beynəlxalq Hospitalda biz dövlət və federal qanunlarla təmin olunan bütün xəstələrin hüquqlarına hörmət edirik.

Hospital qəbulda, müalicədə və ya xəstələrin proqramlar, xidmətlər və fəaliyyətlərdəki iştiraklarında onlar arasında irqinə, rənginə, milli mənşəyinə, etnik mənsubiyyətinə, mədəniyyətinə, əlilliyinə, yaşına, cinsiyyətinə, dininə, etnik mənşəyinə, sosial-iqdisadi vəziyyətinə, cinsi oriyentasiyasına, gender kimliyi və ya ifadəsinə, ödəniş mənbəyinə və ya qanunla qorunan digər xüsusiyyətlərə görə ayrı-seçkilik etmir.

Bona dea

Ziyarətçilər

Bona Dea Beynəlxalq Hospitalda xəstələrə yaxınları tərəfindən mənəvi  dəstək almaq üçün 18.00-20.00 arası açıq ziyarət saatları tətbiq olunur. Xəstə və ya onun tərəfindən seçilən nümayəndə xəstənin yanına kimin və nə zaman ziyarət edəcəyinə qərar verir. Xəstəxanada qaldığı müddət ərzində xəstəyə emosional dəstək vermək üçün həyat yoldaşı, ailə üzvü, dostu, yaxınları və s. ona baş çəkə bilərlər. Nəzərə almaq lazımdır ki, xəstələrin rifahı üçün bizim səhiyyə komandamız ziyarətlərə məhdudiyyət qoya bilər. Bizim personalımız xəstələrin istirahət etmələrinə və rahat yatmalarına şərait yaratmaq üçün biryataqlı, xüsusilə ikiyataqlı otaqlarda ziyarətçilər və xəstələrin yanında olacaqlar.

Beynəlxalq Xəstələr

Beynəlxalq Xəstə Xidmətləri Mərkəzi beynəlxalq xəstələr və qonaqlar üçün geniş xidmətlər çeşidi təklif edir. Bizim heyət konsultasiya, diaqnostik xidmətlər, faktura və siğorta, səyahət və yerləşmə hazırlıqlarını, eləcə də tərcümə xidmətlərini sizin üçün təşkil etməyə hazırdır. Bizim komanda Bona Dea-nın dünya səviyyəli tibbi xidmətlərindən faydalanmanız üçün sizə bələdçilik edəcək. Bizim təcrübəli komandamız özünüzü mümkün olduğu qədər evdəki kimi hiss etməyinizi təmin etmək üçün sizin tibbi ehtiyaclarınızı, fərdi xüsusiyyətlərinizi, dilinizi, mədəni və dini adətlərinizi qüsursuzca nəzərə alaraq xidmət göstərəcək.

Azərbaycandan deyilsiniz? Problem deyil.

Səfərinizi planlaşdırmaqda sizə kömək edə bilərik.
bona dea

Niyə Bona Dea Beynəlxalq Hospitalını seçmək lazımdır?

Xəstəxanamızın ən böyük üstünlüyü investorlarımızın Xəzər regionunda güclü, yepyeni və bənzərsiz konsepsiya həyata keçirmək istəyidir: Qərbin, Avropanın xəstəyə baxım keyfiyyətinə əsaslanan xəstəxana. Bu o deməkdir ki, Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını təklif etmək xəstəxanamızın əsas məqsədidir. Avropa Birliyi daxilində bir çox avropalı tibbi, orta tibbi və idarə həyəti ilə çalışaraq, eləcə də əsas tibbi müəssisələrlə əməkdaşlıq edərək bu məqsədə çatmağı hədəfləyirik.

Axtar

WhatsApp chat