Xəstələr
Bona Dea Beynəlxalq Xəstəxanasında biz bütün xəstələrin hüquqlarına hörmətlə yanaşırıq. Xəstəxanada qalmaq barəsində özünüzü narahat hiss etmək normal haldır. Xahiş edirik ki, tək olmadığınızı biləsiniz. Təhlükəsizlik və rifahınızı əsas diqqət mərkəzində saxlayan bütün tibbi komanda sizə xidmət göstərəcək.
Zəng edin 901
Beynəlxalq Xəstə Xidmətləri
Xəstələr
Bona Dea Beynəlxalq Hospital bütün xəstələrin hüquqlarını müdafiə edir, xəstə baxımının bir hissəsi kimi personalın və həkimlərin bu hüquqları qorumasını və onlara riayət etməsini təmin edir. Xəstəliklərin müalicə edilməsi və qarşısının alınması, səhiyyə işçilərinin və xəstələrin maarifləndirilməsi, eləcə də klinik müayinə edilməsi zamanı xəstələr hər zaman bizim əsas diqqət mərkəzimizdə olurlar.
Randevu
Randevudan əvvəl: Həkimə müraciət etməmişdən əvvəl aşağıdakı hazırlıqları görməyiniz sizin üçün faydalı olar. Randevudan əvvəl aşağıdakı sənədləri toplayın: Sağlamlığınızla bağlı istənilən analizlərin, rentgenlərin və ya tibbi çıxarışların nüsxəsi Gündəlik olaraq qəbul etdiyiniz dərmanların və bitki mənşəli preparatların siyahısı Pəhrizinizi və ya dərman məhdudiyyətləri haqqında həkiminizin xüsusi göstərişlərini nəzərdən keçirin.
Avto-dayanacaq
Sağlamlıq & Təhlükəsizlik məsləhətləri
Müalicənizdə iştirak etməyinizin bir çox üstünlükləri var. Həkiminiz, tibb bacısı və digər tibbi personal sizin iştirakınızı xoş qarşılayacaqlar. Sağlamlığınız və təhlükəsizliyinizlə bağlı aşağıda sizə və ailənizə faydalı olan bəzi məlumatlar var.