Ziyarətçilər

Bona Dea Beynəlxalq Hospitalda xəstələrə yaxınları tərəfindən mənəvi  dəstək almaq üçün 18.00-20.00 arası açıq ziyarət saatları tətbiq olunur. Xəstə və ya onun tərəfindən seçilən nümayəndə xəstənin yanına kimin və nə zaman ziyarət edəcəyinə qərar verir.

Ziyarətçilər

Bona Dea Beynəlxalq Hospitalda xəstələrə yaxınları tərəfindən mənəvi  dəstək almaq üçün 18.00-20.00 arası açıq ziyarət saatları tətbiq olunur. Xəstə və ya onun tərəfindən seçilən nümayəndə xəstənin yanına kimin və nə zaman ziyarət edəcəyinə qərar verir. Xəstəxanada qaldığı müddət ərzində xəstəyə emosional dəstək vermək üçün həyat yoldaşı, ailə üzvü, dostu, yaxınları və s. ona baş çəkə bilərlər. Nəzərə almaq lazımdır ki, xəstələrin rifahı üçün bizim səhiyyə komandamız ziyarətlərə məhdudiyyət qoya bilər. Bizim personalımız xəstələrin istirahət etmələrinə və rahat yatmalarına şərait yaratmaq üçün biryataqlı, xüsusilə ikiyataqlı otaqlarda ziyarətçilər və xəstələrin yanında olacaqlar.

Gözləmə zalları

Biz Bona Dea Beynəlxalq Hospitalına gələn ziyarətçilər üçün müştəri məmnuniyyətini təmin etməyə çalışırıq. Bizim standartlaşdırılmış gözləmə zalımız xəstələrin və ziyarətçilərin gərginliyini azaldır, onların rahatlığını təmin edir. Gözləmə zalı daxilində yaşıl park da hazırlanılıb. Bundan əlavə, vaxtınızı daha səmərəli keçirməyiniz üçün gözlə zalında quraşdırılmış ekranlardan maraqlı məlumatlar da əldə edə biləriniz.

DAHA ÇOX OXU

Avto-dayanacaq

Bona Dea Beynəlxalq Hospitalda xəstələr və xəstə ziyarətçilərinin rahatlığı üçün tikinti lahiyəsində avtodayanacaq yeri ayrılmışdır. Biz xəstəxananın bütün avtodayanacaq yerləri üçün ödənişsiz xidmət təklif edirik. Bu xidmətimiz həftə sonları və bayramlar da daxil olmaqla hər gün 24 saat fəaliyyət göstərir.
 

DAHA ÇOX OXU

İbadət otağı

Müsəlman və qeyri-müsəlman insanların mənəvi dəyərlərinə hörmət və diqqət əlaməti olaraq xəstəxanamızda ibadət otağı da mövcuddur. Bu otaqlar xəstələr, ziyarətçilər və heyətin istifadə üçün açıqdır.

DAHA ÇOX OXU

Kafeterya

Bona Dea Beynəlxalq Hospitalda ziyarətçilərin istifadəsi üçün kafeterya da mövcuddur. Xəstələrin ailələri və qonaqları Bona Dea-nın kafeteryasında yemək ala bilərlər. Kafeterya birinci mərtəbədə yerləşir, isti yeməklər, qəlyanaltılar və içkilər satır.

LEARN MORE

Wi-Fi xidməti

Xəstələr və xəstə ziyarətçiləri xəstəxanada Wi-Fi xidmətindən pulsuz istifadə edə biləcəklər.
 

LEARN MORE

Xəstə ziyarəti qaydaları

Bona Dea Beynəlxalq Hospitalın 18:00 – 20:00 arası ziyarət saatları var. Lazım olduqca, ziyarət zamanlarında istisnalar ola bilər.

LEARN MORE

Yeniliklərə abunə olun

Problemlərinizlə bağlı bizim ekspertlərimizdən sağlam xəbərlər və həll yolları əldə edin.

WhatsApp chat